Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Evində bir orduya çatacaq sayda silah var (FOTOLAR)
Koloradonun El Paso şəhərində yaşayan "Əjdaha adam" ləqəbli Mel Brensteinin silahlara olan marağı o qədər güclüdür ki, yataq otağının divarlarında yüzlərlə silah var.

71 yaşlı Mel Brensteinin 200 makinalı tüfəngi, 80 ədəd əsgər maşını, tankları və çox sayda bombası var. Ləqəbini "Harley Davidson" markalı mühərrikinə əlavə etdiyi əjdaha fiqurundan götürən Bernsteinin evi əsgər muzeyini xatırladır.

Bernsteinin "Facebook"dakı 37 min izləyicisi hər gün "Əjdaha torpağı" deyə ad verdiyi bağından etdiyi paylaşımları maraqla gözləyirlər. Hər həftə silahları, muzeyi və ya sadəcə Brensteinin evini görmək üçün El Pasoya yüzlərlə insan gəlir. "Colorado" qəzetinin verdiyi xəbərə görə, qarışıq bağı başdan-ayağa gəzmək üçün 2 saat vaxt lazımdır.

Kolleksiyasında Vyetnam müharibəsindən I Dünya Müharibəsinə qədər istifadə olunan silahların da daxil olduğu 10 milyon dollardan çox dəyəri var.

Ümumi kolleksiyanın dəyəri isə 8 milyon dollardan çox olduğu təxmin edilir.

Kolleksiyanın İçində güllələnmiş qablar, tavalar yer alır.

[gallery columns="1" size="medium" ids="5268,5269,5270">

Son xəbərlər
Bütün xəbərlər »