Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp prezident kimi Ukraynadakı müharibə ilə bağlı ilk açıqlamalarını verib
Tramp prezident kimi Ukraynadakı müharibə ilə bağlı ilk açıqlamalarını verib

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Oval kabinetdə jurnalistlərlə söhbətində Ukraynadakı müharibə ilə bağlı ilk açıqlamalarını verib.

Bizimyol.info xəbər verir ki, CNN-in verdiyi məlumata görə, o, prezidentliyə namizəd kimi Ukraynada müharibəni 24 saata bitirə biləcəyi ilə bağlı açıqlamalarını xatırladıb. Eyni zamanda Tramp bu məqsədə çatmaq üçün hələ yarım gün vaxtının olduğunu qeyd edib.

“Biz bunu mümkün qədər tez etməyə çalışacağıq. Bilirsiniz, Ukrayna ilə Rusiya arasında müharibə heç vaxt başlamamalı idi”, - deyə o qeyd edib.

ABŞ prezidenti, həmçinin danışıqların təşkilindən sonra Putinlə görüşməyi planlaşdırdığını bildirib. Eyni zamanda, onun sözlərinə görə, “proses artıq gedir”.

O, seçkilərdəki qələbəsini “Amerika Birləşmiş Ştatlarının qurtuluş günü” adlandırıb.

Çıxışında siyasətçi Ukraynadakı müharibədən bəhs etməsə də, ABŞ-ın digər ölkələrdə sülhün bərqərar olmasına töhfə verəcəyinə əmin edib. O, həmçinin Amerika astronavtlarını Marsa göndərəcəyini, kütləvi deportasiyalar aparacağını və Panama kanalına nəzarəti ələ keçirəcəyini vəd edib.

Bundan əvvəl Almaniya kansleri Olaf Şolz bildirib ki, o, ən azı qısamüddətli perspektivdə Amerika Birləşmiş Ştatlarından Ukraynaya yardımın azaldılmasını gözləmir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »