İsrail hələ də radikal Fələstinin HƏMAS hərəkatının azad etməli olduğu girovların siyahısını almayıb, bu siyahı olmadan Qəzza zolağında atəşkəs razılaşması həyata keçirilə bilməz.
Bizimyol.info xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.
“Razılaşdırılmış şəkildə azad ediləcək girovların siyahısını almayana qədər Qəzza sövdələşməsi ilə irəliləməyəcəyik. İsrail razılaşmanın pozulmasına dözməyəcək. Bütün məsuliyyət HƏMAS-ın üzərinə düşür”, - deyə Netanyahu bildirib. Onun açıqlamalarını Baş Nazirin mətbuat xidməti yayıb.
Qadir, Bizimyol.info