Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Birinci mərhələdə azadlığa buraxılacaq məhbusların siyahısı təsdiqlənib
Birinci mərhələdə azadlığa buraxılacaq məhbusların siyahısı təsdiqlənib

İsrail hökuməti girov müqaviləsini təsdiqlədikdən sonra Ədliyyə Nazirliyi İsrail və HƏMAS arasında razılaşdırılmış planın A mərhələsi çərçivəsində azad edilməsi planlaşdırılan 735 məhbus və təhlükəsizlik məhbusunun siyahısını dərc edib.

Bizimyol.info xəbər verir ki, bu barədə nazirlik məlumat yaıb.

“Birinci mərhələdə məhbusların azadlığa buraxılması bazar günü saat 16:00-dan əvvəl baş tutmayacaq”, - deyə Ədliyyə Nazirliyindən verilən məlumatda bildirilib.

Planın A Fazasında hökumətin dərc etdiyi plana əsasən, Penitensiar Xidmətin saxladığı 737 məhbus və təhlükəsizlik məhbusu azad ediləcək. 7 oktyabr 2023-cü il hadisələrində iştirak etməyən və İsrail Həbsxana Xidməti və ya İsrail Müdafiə Qüvvələri tərəfindən saxlanılan 1167 Qəzza sakinlərindən əlavə, bu akt ümumilikdə 1904 əsirə şamil ediləcək.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »