Pakistan məhkəməsi keçmiş baş nazir İmran Xanı korrupsiya ittihamı ilə 14 il həbs cəzasına məhkum edib.
Bizimyol.info xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Siyasətçinin həyat yoldaşı Büşra Bibi də eyni ittihamla 7 il müddətinə azadlıqdan məhrum edilib və o, Adilə həbsxanasının məhkəmə zalında həbs edilib. Hər iki məhkum da əlavə altı ay həbslə nəticələnəcək böyük məbləğdə cərimə ödəməli olacaqlar.
İmran Xan və arvadı 2018-ci ildə müttəhimlərin qanunsuz fəaliyyətlərində cəbhə rolunu oynadığını iddia etdiyi Əl-Qadir Trest xeyriyyə fondunu idarə edərkən torpaq sahələrini rüşvət kimi qəbul etməkdə və qeyri-qanuni gəlirləri yumaqda təqsirli biliniblər.
İmran Xan 2018-2022-ci illərdə Pakistan Nazirlər Kabinetinə rəhbərlik edib. O, 10 aprel 2022-ci ildə parlamentdə etimadsızlıq səsverməsindən sonra vəzifəsindən kənarlaşdırılıb. 2023-cü ildən siyasətçi dövlət xəzinəsindən xarici hədiyyələri satdığı üçün 14 il həbs cəzası alıb.
Qadir, Bizimyol.info