Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan HƏMAS-la İsrail arasında atəşkəsin imzalanmasında əməyi keçən ölkələrə təşəkkür edib
Ərdoğan HƏMAS-la İsrail arasında atəşkəsin imzalanmasında əməyi keçən ölkələrə təşəkkür edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər və Misir başda olmaqla HƏMAS-la İsrail arasında atəşkəsin imzalanmasında əməyi keçən vasitəçi ölkələrə təşəkkür edib.

APA-nın verdiyi xəbərə görə, bu barədə, o, Monqolustan Prezidenti ilə birgə mətbuat konfransı zamanı bildirib.

Ərdoğan, atəşkəsə rəğmən İsrailin hücumları davam etdirməsinin mövcud narahatlığı artırdığını da qeyd edib.

Onun sözlərinə görə, İsrailin atəşkəsi pozmasına icazə verilməməlidir.

Son xəbərlər
Bütün xəbərlər »