Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ermənistanı silahla gücləndirənlər son 4 ilin siyasi-hərbi nəticələrinə baxmalıdırlar"
"Ermənistanı silahla gücləndirənlər son 4 ilin siyasi-hərbi nəticələrinə baxmalıdırlar"

"Prezident İlham Əliyevin bayramlarla bağlı xalqa etdiyi təbrikdə cənubi Qafqaz regionu üçün vacib məsələlərə toxunaraq Ermənistana və onu silahlandıranlara ciddi mesajlar səsləndirdi. Bu gün dövlət başçımızın fikirləri regionumuzun siyasətini müəyyənləşdirir. Çünki səslənən fikirlər həmişə reallqa çevrilib və bunu Ermənistanda da etiraf edirlər. Bəli, regionda yaratdığımız yeni reallıq sülhə və əməkdaşlığa xidmət edir. Amma təəssüf ki, Ermənistanın adekvat olmayan mövqeyi və onu silahlandıranlar regionumuzda güc balansını dəyişməyə çalışır".

Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, dövlət başçımız onları çox ciddi şəkildə xəbərdar etdi.

Azər Badamov Azər Badamov

"Ermənistanı silahlandıraraq gücləndirmək istəyənlər son 4 ilin keçmişinə baxmalıdırlar. Çünki, son dörd ildə Azərbaycan Ermənistan münasibətlərində baş verən bütün proseslər prezident İlham Əliyevin dediyi kimi olmuşdur. Bu gün Ermənistan nə qədər silahlansa da, Azərbaycan hərbi gücünü və ayrılan hərbi büdcəsini qoruyub saxlayacaq. Azərbaycanın gücü regionun sabitliyi və təhlükəsizliyi deməkdir. Ermənistan gücümüzü hiss etməsəydi, 2024-cü ildə Qazaxın 4 kəndini bizə təhvil verməzdi və sərhədin 13 kilometrilik bir hissəsinin delimitasiya olunmasına razılaşmazdı. Dövlət başçımızın yeni il qabağı səsləndirdikləri fikirlər regionumuzun siyasi-hərbi gündəliyinin əsas konturlardır. Bu baxımdan Ermənistanın rəhbərliyi Azərbaycanın yaratdığı yeni reallığı dəyişdirməyə yox, həmin reallığı inkişaf etdirməyə çalışmalıdır. Çünki, yaratdığımız yeni reallıq regionda təhlükəsizlik, sabitlik, əməkdaşlıq və inkişafının təminatıdır"-deyə deputat qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »