Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Küləklər şəhərində küləkdən necə qazanmaq olar?
Enerijinin bu növünün yaxşı potensialı olsa da, istifadə olunmur

Bir qədim adı da Badi Səba-yəni küləklər şəhəri olan Bakımızda bu gün şiddətli külək əsir. Martın son günüdür, lakin hər kəs yenidən qış geyiminə bürünüb, şiddətli küləkdən qorunmağa çalışır. Küləyin tüğyan etdiyi küçələrə baxdıqca yadıma Bakımız haqqında qədim bir əfsanə düşür.

Deyirlər bir məşhur səyyah uzaq bir diyara səfərə gedir. Bu şəhərin padşahı da əslən küləklər şəhəri Bakıdan imiş. Padşah dogma şəhərindən qonaq gəldiyini eşidib onu sarayına dəvət edir. Səyyahla görüşən padşah qonağa deyir ki sənə bir sual verəcəm, doğru cavbabı versən biləcəm ki həqiqətən Bakılısan və sənə bəxşişim olacaq. Bir cümlə ilə de görüm Bakı necə bir şəhərdir?

Səyyah deyir ki, nə qədər ki, külək yoxdur Bakının qışı bahardır, elə ki külək oldu baharı da qış olur. Bu cavab padşahın xoşuna gəlir və qonağını adına layiq şəkildə yola salır.

Statistikaya görə, orta hesabla Bakıda il ərzində ən az 200 küləkli gün olur. Müasir dünyada külək enerisi ən yaxşı alternativ və bərpa olunan eneri növlərindən biri hesab olunur. Hazırda külək enerjisindən ən çox istifadə edən ölkələrABŞ, Almaniya, Hindistan, Fransa, B. Britaniya,İspaniya, Çin, İtaliya, Danimarka, Portuqaliyadır.Külək energetikası dünyada sürətlə inkişaf edən sahələrdən biridir.Külək energetikası sahəsində birinciliyi Danimarka saxlayır. Ölkədə istehsal olunan enerjinin 39 faizi küləkdən alınır. Portuqaliyada bu göstərici 23, İrlandiyada 14, İspaniyada 16, Almaniyada 8 faizdir.

Külək enerjisi küləyi meydana gətirən hava axınının sahib olduğu hərəkət enerjisidir. Bu enerjinin bir hissəsi faydalı olan mexaniki və ya elektrik enerjisinə çevrilə bilər. Külək enerjisi digər alternativ enerji mənbələri olan günəş, hidroenergetika, geotermal və biokütlə enerjisindən özünün maya dəyərinə, ekoloji təmizliyinə və tükənməzliyinə görə ən sərfəlisidir.

Külək enerjisi elektrik enerjisi istehsalı üçün daha səmərəli texnologiyalardan biridir. Külək qurğularının inşasına ənənəvi elektrik stansiyalarının qurulmasından nisbətən daha az vaxt sərf olunur.

İlk külək mühərrikləri hələ 2 min il əvvəl Çində, Yaponiyada və Tibetdə quraşdırılıb. Bizim eradan əvvəl külək mühərrikləri Misir, Yaxın Şərqdə də mövcud olub. Küləyin gücündən çox köhnə illərdən bəri faydalanılar . Külək gücündən ilk faydalanma şəkli olaraq yelkənli gəmilər və yel dəyirmanları göstərilə bilər.

Avropada ilk külək dəyirmanı Fransada XII əsrdə əmələ gəlib, xaç yürüşləri dövründə. Şərqdən geri dönən avropalılar bu qurğuları öz ölkələrində quraşdırırlar. Hazırda küləkdən daha çox elektrik enerjisi əldə edilir.

Külək generatorlarının quraşdırılmasının çətinliyi də az deyil, bu növ energetika külək və onun gücündən asılıdır. Külək olmayanda, enerji də olmur. Şəbəkəyə isə daimi elektrik lazımdır.

Külək enerjisi digər alternativ enerji mənbələri olan günəş, hidroenergetika, geotermal və biokütlə enerjisindən özünün maya dəyərinə, ekoloji təmizliyinə və tükənməzliyinə görə ən sərfəlisidir.

Elektrik enerjisi istehsalı üçün daha səmərəli texnologiyalardan biridir. Külək qurğularının inşasına ənənəvi elektrik stansiyalarının qurulmasına nisbətən daha az vaxt sərf olunur. Bundan başqa, külək, əslində, istənilən ölkənin malik olduğu daimi təbii enerji mənbəyidir. Külək enerjisindən istifadə olunması energetikanın daha tez inkişaf edən sahələrindən biridir.

Azərbaycan ərazisində əsasən Bakı, Sumqayıt, Abşeron, Binə, Maştağa külək enerjisindən istifadə etmək məqsədə uyğun sayılır.

Azərbaycanın külək rejimi mürəkkəb xarakterə malikdir. Bu da ölkə ərazisinin 60%-nin dağlıq zonalardan ibarət olması ilə əlaqədardır. Dağların Respublikanın iqliminə və külək rejiminə təsiri böyükdür. Məsələn, Böyük Qafqaz dağları sədd rolunu oynayaraq ölkə ərazisinə şimaldan və şimal-şərqdən soyuq hava kütlələrinin daxil olmasına maneə törədir. Soyuq hava kütlələri Böyük Qafqaz dağlarının ətrafından keçərək Abşeron yarımadasından Respublika ərazisinə daxil olur. Buna görə də Zaqatalada küləyin orta illik sürəti 1.2 m/san. Abşeronda isə 8.6m/san.-dir.

Azərbaycan Elmi Tədqiqat Energetika İnstitutu Respublikanın Meteroloji stansiyalarında toplanmış bütün flüger müşahidələri materiallarını qruplara ayırıb, rayonların landışaftlarına görə külək sürətlərinin paylanması rejimlərinin aşağidaki tiplərini müəyyən etmişdir:

• A tipli rejim-Abşeronda və Respublikanın şimal sərhədlərində Kür dilinə qədər Xəzərkənarı zonada olan yerlər üçün səciyyəvidir. Bu zonada küləyin orta illik sürəti 4m/san-dən böyük olur.

• B tipli rejim-Kürkənarı düzənliyində olanyerlər üçün səciyyəvidir. Bu zonada küləyin orta illik sürəti 4m/san-dən 3m/san-dək olur.

• V tipli rejim-Respublikanın dağ rayonları üçün səciyyəvidir. V zonasında küləyin orta illik sürəti 3m/san-dən kiçik olur.

Ona görə də bu zona külək enerjisindən istifadə üçün yararsız hesab edilir. Nəzərə almaq lazımdır ki, əsasən Vzonasını təşkil edən yüksək dağlıq ərazilərin iqlim xüsusiyyətləri hələ yaxşı öyrənilməyib.

Hesablamalara görə Azərbaycan Respublikası özünün coğrafi vəziyyətinə, təbii şəraitinə və iqtisadi infrastrukturuna görə 800 MVt-a yaxın illik külək enerji ehtiyatına malikdir. Bu ehtiyat ildə təxmini hesablamalara görə 2,4 milyard kVt/saat elektrik enerjisi deməkdir. Bu isə, öz növbəsində, ildə 1 milyon tona yaxın şərti yanacağa qənaət, ən əsası isə ildə küllü miqdarda tullantıların, o cümlədən azondağıdıcı olan karbon dioksidin atmosferə atılmasının qarşısının alınması deməkdir.

Hazırda ən çox yayılmış külək mühərrikləri qanadlı külək mühərrikləridir. Bu külək mühərriklərinin çoxqanadlı–yavaş sürətli və qanadlar sayı az olan yüksək sürətli kimi növləri var. Gücü bir neçə yüz vattdan meqavata qədər olan müxtəlif konstruksiyaları mövcutdur.Çoxqanadlı külək mühərrikləri küləyin enerjisindən yüksək istifadə əmsalına malikdir, lakin onlar yavaş sürətlidir, kənd təsərrüfatında yel dəyirmanlarında tətbiq olunur. Çoxqanadlı külək mühərriklərində pərin qanadlarının sayının çox olmasına görə bu cür pərlər işəsalma zamanı valda böyük fırladıcı moment yaradır. Çoxqanadlı külək qurğuları həm də su tutumlarına su vurmaqdan ötrü kənd təsərrfatında istifadə edilir.

Qanadların sayı az olan külək mühərrikləri yüksək sürətli külək mühərrikləridir, onlarda qanadlar sayı adətn 2 və ya 3 ədəd olur. Bu muhərriklər ən çox elektrik generatorlarını işlətmək üçün tətbiq olunur. Dəyirmanla və ya su nasosu ilə müqayisədə generatorlar üçün daha yüksək fırlanma sürəti (25Hz, 50Hz və ya 1500-3000 dövr/dəq) tələb olunur.Qanadlı külək qurğularında pər üfüqi ox ətrafında fırlanır. Bu qurğular üçün küləyə doğru yönəldən istiqamətləndirici (quyruq, külək gülü, çevirici mexanizim və s.) tələb olunur. Kiçik ölçülü və yüngül çəkili külək mühərriklərində bu proses quyruq vasitəsilə həyata keçirilir. Nəhəng külək qurğularını axına doğru yönəltməkdən ötrü isə xüsusi avtomatlaşdırılmış tənzimləyici sistem tətbiq olunur.

Beynəlxalq Ekoenerji Akademiyasının direktoru Fəqan Əliyev Modern.az saytına bildirib ki, külək mühərrikləri üçün ideal yer sayılan Abşeronda əhali sıx yaşayır və dəyirmanları bura yerləşdirmək mümkün deyil: “Abşeronun ətrafında da bunu etmək düzgün deyil. Çünki, hər il bura Cənubi Afrika və Amerikadan quşlar köç edir. Onlar havadakı müvafiq elektromaqnit dəhlizi ilə uçub gəlirlər. Amma külək mühərrikləri işləyəndə, ətrafa sərt hava axını olur və həmin ərazilərin bioloji sferasına ciddi təsir göstərir, bu koridoru pozur. Təbiətin tsiklini isə pozmaq olmaz”..Fəqan Əliyev hesab edir ki, bu sahəni inkişaf etdirmək üçün Azərbaycanda müəyyən stimullaşdırıcı tədbirlər həyata keçirilə bilər. Məsələn, bəzi ölkələrdə alternativ mənbələrdən istifadə edənlərə əlavə pul ödənilir ki, onlar mazut və neft yandırılmasının qarşısını alıblar: “Azərbaycan külək mühərriklərinin qurulması üçün gətirilən avadanlıqları gömrük rüsumundan azad edib”.

Qalır bircə bu sahədə sahibkarlığın inkişafını təşfiq etmək. Fəqan Əliyevin də dediyi kimi külək enerisindən istifadə zamanı ətraf mühitə ziyan vurmamamq üçün , quş köçlərinin yollarına qayğıyla yanaşılması ölkəmizdə təbiətə qayğının nümunəsidir. Bu diqqətəlayiq faktdır. Lakin hələ də mövcud potensialdan yetərli qədər istifadə olunmaması faktı da diqqətdə saxlanılmalıdır. Hələ əsrlər öncə insanlar küləyin enerisinə güvənərək yelkənli gəmilərlə okeanları aşır, dənizlərə meydan oxuyurdular. Bu gün bütün texnologiyalrın bu qədər sürətlə inkişaf etdiyi bir dövrdə təbiətin Azərbaycana bəxş etmiş olduğu bu təbii sərvətdən, küləklərdən yetərli qədər faydalanmamız qəbahətdir.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »