Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təbii sərvətlərin kortəbii istismarı fəlakətlərə səbəb ola bilər
Müxtəlif növ təbii ehtiyatlarla, neft-qaz ehtiyatları ilə zəngin olan Azərbaycanda hansı addımlar atılır?

İnsan təbiətin ən tələbkar övladıdır. Dərk edən gündən körpə anasından süd əmən kimi, insan da yaşamaq üçün ana təbiətdən yedi, ona sığındı. Öncə ən bəsit şəkildə təbiətdən faydalandı, daha sonar yerin üstüylə yetinmədi, yeraltı sərvətlərə əl uzatdı. Yaradılışın məramı da buydu bəlkə. Amma insan təbiəti istisamar etdikcə zərbələr də vurdu.

Bu gün artıq ekoloji böhran, ekoloji təmiz mühit kimi anlayışlar cəmiyyəti məşğul edən ən vacib amillərdən olduğuna görə, təbi sərvətlərdən ətraf mühiti və təbiətin özünə zərbə vurmadan istifadə məsələləri də prioritet təşkil edir.

Müasir dünyanın faydalı qazıntılar xəritəsində 250-dən artıq faydalı qazıntı növü ilə yanaşı 200-dən çox saya malik antropogen təsirə məruz qalmış müəyyən daşlar da öz əksini tapmışdır. Onların istehsal dövrüyyəsinə qoşulmaları isə bəşər sivilizasiyasının bütün tarixi boyu baş vermişdir. Hal hazırda 160-dan çox mineral sərvətdən istifadə olunur. XX əsrdə faydalı qazıntı yataqlarının işlənməsi litosferdə cəmləşir, lakin əldə olunan faydalı qazıntıların emalı, hazırlanması prosesləri bu və ya digər dərəcədə planetimizin bütün biosfer qabığını əhatə edir. Müasir şəraitdə Yerin təkindən geniş istifadə olunması mühüm geoloji proseslərin gedişini pozmuş, ilk növbədə isə təbii dövranda mübadilənin maddi balansının nisbətinə təsir göstərmişdir. Azərbaycan müxtəlif növ təbii ehtiyatlarla zəngin olsa da, hazırda ən mühümü neft-qaz ehtiyatları hesab edilir.

Azərbaycan ərazisi 2/3 hissəsi neft və qaz yataqları ilə də zəngindir. Ölkənin yanar faydalı qazıntıları neft, qaz, şist, torf və başqalarıdır. Bunlardan neft və qaz sənaye əhəmiyyətlidir. Neft həm qurudakı yataqlardan, həm də Xəzər dənizi yataqlarından çıxarılır. Filiz şəklində çıxan faydalı qazıntılar (dəmir, alüminium, xromit, qızıl, gümüş, mis, qurğuşun, sink kobalt, molibden filizləri və s.) respublikanın əsasən dağlıq hissələrində müxtəlif tip yataqlar əmələ gətirirlər. Dəmir filizləri ilə zəngin Daşkəsən, cənubi Daşkəsən və “Dəmir” yataqları sənaye əhəmiyyəti kəsb edir. Daşkəsən dəmir filizi qrupu yataqlarının sənaye ehtiyatı 250 mln. tondur. Qızıl yataqları və təzahürləri əsasən Kiçik Qafqazın ərazisində- Söyüdü, Qızılbulaq, Dağ Kəsəmən, Veynəli, Qoşa, Gədəbəy, Çovdar; Naxçıvan MR-da Şəkərdərə, Pyəzbaşı, Ağyurt, Baskənd yayılıb. Müasir şəraitdə ehtiyatı tükənən, istismarı və hasilatı bahalaşan ilkin və təkrar xammal məhsullarına təlabat artır. Bu tələbatın iqtisadi-ekoloji baxımdan sərfəli istifadəsi elm və texnikanın tətbiqi ilə, təkrar xammal məhsullarının tam komplekslilik emalı ilə istifadəsini təmin edir. Bunun vacibliyi ondan irəli gəlir ki, istifadə olunan ilkin , təkrar materialların istismarında , emalında faydalı əmsalı artırılır., iqtisadi-ekoloji zərərləri aradan qaldırır. Hazırda çoxlu miqdarda dağ süxuru kütləsinin, həll olmuş və uçucu maddələrin – sənaye axıntıları, tüstü və buxar halında, həmçinin ağır metalların yüksək konsentrasiyası şəklində təbii dövrana daxil olması dağ sənayesi istehsalı ilə əlaqələndirilir. Faydalı qazıntıların işlənmə məhsulları və onların emalı texnogen məhsulların təbii dövrana daxil olmasının əsas mənbəyi sayılır. Belə ki, BMT-nin ekspertlərinin məlumatına görə 1976-ci ildə planetimizin yer təkindən faydalı qazıntıların alınması prosesində 100 milyard ton dağ süxurları kütləsi çıxarılmışdır. XX əsrin ilk illərində dağ mədən işlərinin miqyasının artması ilə əlaqədar dünya təsərrüfatında hər il 120 mlrd. tona qədər dağ süxurları çıxarılır. İstehsalat fəaliyyətinin litosferin kiçicik hissəsinə təsiri cüzi görünsə də, o, təbii resursların digər növmüxtəlifliyinin keyfiyyətinə və məhsuldarlığına olduqca ciddi təzyiq (təsir) edir. Ətraf mühit üçün zərərli sayılan maddələrin xeyli hissəsinin dağ-mədən müəssisələri tərəfindən atmosferə daxil olması hesab edilir. Dünya təsərrüfatlarında sənaye qurğularından hər il atmosferə 200 mln. tondan artıq toz, 100 mln. tona qədər kükürd anhidridi, 250 min tondan artıq qurğuşun, həmçinin sink, mis, civə və digər toksik elementlər atılır. Yer səthinə müxtəlif fotokimyəvi duman («smoq»), «turşulu yağışlar» şəklində düşən toksiki elementlər biotaya və bütövlüklə biosferə, ilk növbədə insana, onun sağlamlığına böyük ziyan yetirir. Mineral və təkrar xammal məhsullarının kompleks istifadəsi istismarda, hasilatda, emalda, torpaqların rekultivasiyasında, ekoloji mehitin mühafizəsində müxtəlif mərhələlər üzrə özünü göstərir. Bu prosesdə əsas məqsəd istehsal proseslərində xammalların dolğun çıxarılmasından, ilkin və təkrar məhsulların elementlərinin emalının səmərəli təşkilindən və istehsalın münasib yerləşməsindən ibarətdir. Buna nail olmaq üçün aztullantılı və tullantısız texnologiyanın tətbiqi zəruridir. Bu proses istehsalın kompleks və əlaqəli təşkilini, həmçinin səmərəli yerləşdirilməsini təmin edən mühüm tədbirdir. Təbii resurslar anlayışına - insanların yaşayışı və elecə də məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsi üçün təbiətdə istifadə edilən , eləcə də istifadəsi mümkün olan bütün elementlər daxildir. Cəmiyyətin sosial-iqtisadi inkisafı insanların təbii ehtiyatlardan istifadə etməsi ilə əlaqədardır. Bir çox təbii resurslar ( su, torpaq, mineral, meşə ) çox məqsədli istifadə xarakterinə malikdir. Aqroiqlim və rekreasiya resursları insna fəaliyyəti üçün zəruri olan təbii şərait və resursların məcmusudur. Təbii resursları tərkibinə görə mineral, torpaq, su, bioloji, iqlim, geotermal və s. növlərə ayırırlar. Müasir dövrdə təbii resurslardan qanaətlə istifadə, təkrar xammaldan istifadə ( metal məmulatının 30 % - dən çoxu təkrar 11 xammala əsaslanır ) vacib məsələdir. Bərpa olunan resursları artırmaq mümkündür. Ölkənin milli zənginliyi və iqtisadi inkişafı təkcə onun təbiii resursların bolluğu ilə deyil, əhalinin əmək vərdişi, zəhmətsevərliliyi, biliyi və s. ilə müəyyən edilir. Məsələn Yaponiya buna bariz nümunə ola bilər. Rofessor A.M.Mintisin fikrincə,hazırda texniki-iqtisadi səbəblərdən istifadə olunmayan və yaxud istifadəsi mümkün olmayan təbii varlıqlar – potensial təbii ehtiyatlardır. Buna əsasən təbii ehtiyatların bir neçə qrupa aid edilməsi məsləhət görülür: 1. Faydalı qazıntılar ( geoloji sərvətlər ) ; 2. İqlim ehtiyatları ; 3. Torpaq ehtiyatları ; 4. Su ehtiyatları ; 5. Bitki ehtiyatları ; Fauna ehtiyatları. Bu qruplardan əlavə atom enerjisi ( nüvə daxili və istilik-nüvə ) və planetar enerji mənbələri : qabarma-çəkilmə, geometrik enerji də təbii ehtiyatlara aiddir. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində ölkəmiz əvvələrdə iqtisadi əlaqələrdə fəal iştirak etdiyi rayonlardan təcrid olub, onlardan materiallar gətirilməsi imkanları azalıb. Bunun maddi əsasını müxtəlif, çoxlu ehtiyata malik yanacaqenergetika, metallurgiya, kimya,tikinti, bioloji və s. sərvətlər, bol günəş, külək, geotermal enerjisi, işçi qüvvəsi və s. təşkil edir. Rəsmi məlumata görə, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 1,7 milyon hektar ərazisi işğal olunmuşdur İşğal olunmuş ərazilər Azərbaycanın sənayesi və tikintisində və böyük əhəmiyyəti olan müxtəlif növ tikinti materialları ilə çox zəngindir. Belə materialların böyük ehtiyatları Ağdam rayonu ərazisində yerləşən Çobandağ (əhəngin ehtiyatları 140 milyon ton və gillər 20 milyon ton ), Şahbulaq (25 milyon ton gil), Boyəhmədli (45 milyon ton gil) və b. yataqlardadır. İri tikinti daş yataqları Xankəndində, mərmər isə Harovdadır. Zəbt olunmuş ərazilərdə böyük müalicə əhəmiyyəti olan 120-dək müxtəlif tərkibli mineral su yataqları vardır. Bunların içərisində Kəlbəcər rayonunda Yuxarı və Aşağı İstisu, Bağırsaq, Keşdək, Laçın rayonunda İlıqsu, Minkənd, Şuşa rayonunda Turşçu, Sırlan və başqa mineral sularının adını çəkmək olar. İşğal olunmuş ərazilərdə ermənilərin canlı təbiətə və bəşəriyyətə qarşı yönəlmiş əməlləri barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Avropa Vəhşi Təbiətin və Təbii Ətraf Mühitin Mühafizəsi üzrə Bern Konvensiyasının Baş Katibinə, Biomüxtəliflik üzrə Konvensiyanın icraçı katibinə, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının katibliyinə, Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi üzrə Beynəlxalq Birliyin prezidentinə rəsmi müraciətlər edilmiş, beynəlxalq təşkilatların diqqətinə bu istiqamətdə təxirəsalınmaz tədbirlərin görülməsinin zəruriliyi çatdırılmışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, ən zəngin faydalı qazıntı yataqları ölkənin işğal olunmuş ərazilərində qalmışdır. Bu yataqlarda sənaye ehtiyatları təsdiq edilmiş 132,6 ton qızıl, 37,3 min ton qurğuşun, 189 milyon kubmetr mişar daşı, 1 milyon 526 min ton gəc, 1 milyon 968 min kuğmetr/gün yeraltı şirin su, 18 milyon 432 min kubmetr üzlük daşı, 23 milyon 243 min kubmetr gil, 57 milyon 965 min ton tikinti daşı, 7805 kubmetr/gün mineral sular, 96 milyon 987 min ton qum-çınqıl, 1898, 4 ton civə, 4 milyon 473 min kubmetr perlit, 2 milyon 144 min kubmetr pemza, 129 milyon 833 min kubmetr soda istehsalı üçün əhəngdaşı, 147 milyon 108 min ton sement xammalı və s. iqtisadiyyatın inkişafında vacib əhəmiyyət daşıyan faydalı qazıntılar aşkar edilmişdir.

Bunların əksəriyyəti işğalçılar və qanunsuz olaraq bəzi xarici şirkətlər tərəfindın istismar edilir. Ekosistemin bütövlüyünü saxlamaq yəni, ekoloji komponentlərin tükənib yoxa çıxmasının və kəskin dəyişməsinin qarşısını almaq və beləliklə geosferdə ekoloji tarazlığı saxlamaq üçün kompleks tədbirləri görməklə ekosistemin böhranın, sürüşmə, daşqın, sel, zəlzələ, yanğın, eroziya, tufan və s kimi təbii fəlakətlərin, antropogen amillərin təsiri ilə yaranan vəziyyətin qarşısını almaq mümkündür. Bu halı işğalçı, təcavüzkar tərəf də nəzərə almalıdır. Çünki,təbiət qəzəblənəndə sərhəd, dövlət və siyasət tanımır.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »