ABŞ qoşunlarının 2021-ci ildə Əfqanıstandan çıxarılması ölkəyə Ukraynadakı vəziyyət da daxil olmaqla, qlobal problemlər üçün resursları cəmləşdirməyə imkan yaradır.
"Report" xəbər verir ki, bunu dövlət katibi Antoni Blinken Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində dinləmələrdə çıxışı zamanı deyib.
“Rusiya-Ukrayna münaqişəsindən tutmuş Çindən gələn çoxsaylı çağırışlara və dünyanın bir çox digər problemlərinə qədər ehtiyatlarımızı yenidən cəmləşdirə bildik”, - Blinken bildirib.
Xatırladaq ki, Cozef Bayden 2021-ci il aprelin 14-də Əfqanıstanda Amerika tarixində ən uzunmüddətli xarici hərbi kampaniyaya çevrilən əməliyyatı dayandırmaq qərarına gəldiyini açıqlayıb. ABŞ 2021-ci ilin yazında qüvvələrini geri çəkmək niyyətində olduğunu elan etdikdən sonra “Taliban” Əfqanıstanda nəzarəti ələ keçirmək üçün geniş əməliyyata start verib. 2021-ci il avqustun 15-də Əfqanıstan Prezidenti Əşrəf Qani ölkədən qaçıb və beləliklə, “Taliban” paytaxt Kabilə girərkən müqavimətlə qarşılaşmayıb. 2021-ci ilin sentyabr ayının əvvəlində ABŞ ordusu Əfqanıstanı tamamilə tərk edərək bu ölkədəki 20 illik mövcudluğuna son qoyub.