Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bizim problemlərimizi Amerika həll etməyəcək
Almaniyanın kansleri Angela Merkel Avropa dövlətlərini Suriya və Liviyada vəziyyətin nizamlanmasında fəal iştirak etməyə çağırıb.

APA-nın məlumatına görə, bunu A.Merkel “Brigitte” jurnalına müsahibəsində bəyan edib.

“Bəzi məsələlərdə biz avropalılar fəal deyilik. Misal üçün, Suriya ABŞ-ın yox, bizim astanamızdadır. Biz də Suriyada sülh nizamlanmasında iştirak etməliyik. Qaçqınlar Suriyadan Avropaya gəlir. Daha bir vacib məsələ Liviya ilə bağlıdır. Bir dövlət kimi Liviya mövcud deyil, oradan da Avropaya miqrant axını müşahidə olunur. Avropalı olaraq biz məsuliyyətimizi hiss etməli, gözləməməliyik ki, kimsə gəlib bizim problemlərimizi həll edəcək”, deyə A.Merkel qeyd edib.

O, həmçinin ABŞ-la ekoloji və azad ticarət məsələlərində qarşılıqlı anlaşmanın olmamasını vurğulayıb.

Son xəbərlər
Bütün xəbərlər »