Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polşada "Pivə Sevənlər Partiyası" quruldu - İDDİA

Sosial şəbəkələrdə dolaşan iddiaya görə, Polşada "vodka" ənənəsinin yayılmasına qarşı çıxan Janusz Rewiński,"Polşa Pivə Sevənlər Partiyası"nı qurublar.

Bizimyol.info Türk mətbuatına istinadən xəbər verir ki,sosial şəbəkələrdə yayılan bu iddia təsdiqini tapıb. Janusz Rewiński həqiqətən də Polşada "Pivə Sevənlər Partiyası" adlı siyasi bir partiya yaradıb.

1989-cu ildə Polşada bir çox fərqli siyasi partiya qurulmuşdu. Ölkənin məşhur aktyorlarından olan Rewiński’nin qurduğu və əsl adı Polska Partia Przyjaciół Piwa (PPPP) olaraq bilinən partiya da bunlardan biri idi. Başlarkən yumor məqsədi ilə qurulan bu partiya ölkədə yayılan votka ənənəsinə qarşı çıxır və bunun əvəzinə pivə ənənəsini dəstəkləyirdi.

1990-cı ilin Dekabr ayında qurulan partiya 1991-ci ilin Oktyabr ayında parlament seçkisində müsbət qarşılandı.Seçici səsverməsinin aşağı olmasına baxmayaraq partiyadan 16 namizəd parlamentin Sejm adlandırılan alt məclisində millətvəkili olmaq haqqı qazandı.

Orxan Musa / Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »