Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Neft ölkəsində ətraf mühitin mühafizəsi siyasəti
Neft şirkəti ekologiyanı qorumaq üçün hanısı tədbirləri həyata keçirir?

Dünyanın aparıcı neft şirkətlərinin ətraf mühit sahəsində siyasətləri bu şirkətlərin ümumi davamlı inkişaf konsepsiyasının tərkib hissələrindən biridir. Davamlı inkişaf konsepsiyası iqtisadi, sosial və ekoloji amillərin balanslaşdırılmış şəkildə nəzərə alınması şəraitində, bu günkü tələbatları gələcək nəsillərin maraqlarına ziyan vurmadan ödəmək deməkdir. Hər bir şirkətin sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin qorunması üzrə daxili standartları, etik qaydaları, fəaliyyət planları mövcuddur.

Ümumən Ətraf Mühitin Qorunması sahəsində strategiya əsasən aşağıdakı istiqamətlərdə qurulub:

• İqlim Dəyişmələri sahəsində Fəaliyyət Strategiyaları və Planları;

• Neft dağılmalarının və ekoloji risklərin azaldılması planları;

• Bioloji müxtəlifliyin qorunması strategiyası;

• Çoxsəviyyəli və Hərtərəfli Monitorinq Planları;

• Sağlamlığın və Təhlükəsizliyin qorunması Planları;

• Yerli İcmaların İnkişafı, Mədəni İrsin Qorunması Planları.

Ətraf Mühitin idarə olunması əsasən müstəqil podratçı şirkətlər vasitəsi ilə, onlara nəzarət isə auditor kompaniyaları vasitəsi ilə yerinə yetirilir.

Beynəlxalq neft şirkətlərinin “Davamlı İnkişaf” hesabatlarının təhlili göstərir ki, onların ətraf mühit və ekoloji təhlükəsizlik sahəsindəki məsələlərin idarə edilməsi bütün istehsalat prosesləri, daima tənzimlənən və əlaqəli vahid sistem çərçivəsində həyata keçirilir.

Bütün dünyada “qara qızılı” ilə məşhurlaşan Azərbaycanın neft siyasətini Dövlət Neft Şirkəti - SOCAR həyata keçirir. Bu mənada ölkəmizdə neft istehsalı ilə əlaqəli ətraf mühitdə və ekologiyada yaranan bütün problemlərə də digər xarici neft istehsaçıları ilə yanaşı bu təşkilat cavabdehdir.

ARDNŞ‐nin istehsalat sahələri Xəzər dənizi akvatoriyasında və onun sahil sularında, Abşeron yarımadasında, Kür‐Araz ovalığında, Qobustanda, Samur‐Dəvəçi düzənliyində yerləşir. Regional və transmilli neft və qaz kəmərləri Qara və Aralıq dənizləri sahillərinə çatır. ARDNŞ‐nin idarəetmə strukturunda ətraf mühitə təsir edə biləcək neft‐qaz çıxarma, qazma, neft kəmərləri, neft‐qaz tikinti idarələri, Xəzərdənizneftdonanma, neft‐qaz emalı, dərin özüllər zavodu və yardımçı təşkilatlar fəaliyyət göstərirlər. Eyni zamanda ARDNŞ neft‐qaz çıxarma, neft emalı və nəqli, tullantıların emalı sahələrində birgə müəssisələrin idarə edilməsində iştirak edir. Ümumən ARDNŞ‐nin ətraf mühiti idarəetmə strukturu Şirkətin Ekoloji layihələrin idarəedilməsi şöbəsindən, Ekologiya İdarəsindən, neft‐qaz çıxarma idarələrinin, neft‐qaz emalı zavodlarının, müştərək müəssisələrin ekoloji xidmətlərindən ibarətdir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası - 1992-ci ildə qəbul edilmişdir. Konvensiyanın ali orqanı Tərəflər Konfransıdır, Katiblik Bonn şəhərində yerləşir. Konvensiyanın məqsədi atmosferə yanacağın yandırılması nəticəsində atılan, istixana effekti yaradan qazların miqdarını azaltmaqla, dünya ölkələrində davamlı inkişafa nail olmaq və iqlim sistemini gələcək nəsillərə saxlamaqdır. Konvensiyaya görə atmosferə atılan qlobal tullantıların miqdarı 1990‐cı il səviyyəsində saxlanılmalı və ya ondan aşağı səviyyədə olmalıdır. Konvensiya inkişaf etmişölkələr üçün tullantıların azaldılmasıüzrə konkret öhdəliklər təyin etmişdir. Həmçinin onların qarşısına inkişaf etməkdə olan ölkələrə yardım etmələri barədə vəzifələr qoymuşdur. Azərbaycan Respublikası Konvensiyanı 1995‐ci ildə ratifikasiya etmişdir. Bu Konvensiya beynəlxalq sistemdəətraf mühit sahəsində qəbul edilmiş ən iri Konvensiyadır və o ətraf mühit sahəsində mövcud olan “Ozon qatının qorunması üzrə Konvensiya”, “Bioloji müxtəliflik üzrə Konvensiya”, “Səhralaşmaya qarşı mübarizə Konvensiyası” ilə sıx əlaqədədir.

Təmiz İnkişaf Mexanizmi (TİM)

Bu mexanizm inkişaf etmiş ölkələrin öz kvotalarını artırmaqdan ötrü inkişaf etməkdə olan ölkələrdə tullantıların azaldılmasına gətirən layihələrin həyata keçirilməsindən ötrüdür. Azərbaycan Respublikasının istənilən özəl və dövlət şirkətləri, təşkilatları bu mexanizm vasitəsi ilə tullantıların azaldılması, enerjidən istifadəyə qənaət, bərpa olunan enerjidən istifadə, meşə örtüyünün salınması (karbon qazının udulması və yığılması) layihələrini inkişaf etmiş ölkələrin şirkətlərinə, beynəlxalq maliyyə qurumlarına təklif edə bilərlər. Neftqazçıxarma və emal sənayesində istixana effekti yaradan qazların azaldılması potensialı böyükdür və neft‐qaz çıxarma artdıqca bu potensial da artır. Bu vaxta qədər bir çox enerji effektivliyi layihələri yerinə yetirilmiş, lakin onlar TİM layihələri kimi beynəlxalq səviyyəyə çıxarılmamışdır. TİM layihələri ən müasir texnologiyaların, investisiyaların ARDNŞ‐nin istehsalat sahələrinə gətirilməsinə imkan verə bilər. Bundan ötrü beynəlxalq standartlara cavab verən layihələrin işlənilməsi lazımdır. Odur ki, ARDNŞ‐nin yaxın gələcəkdə Ekoloji Siyasətinin əsas istiqamətlərindən biri TİM layihələrində aktiv vəəlaqəli iştirak

Bundan ötrü ARDNŞ aşağıdakı işlərin görülməsini planlaşdırır:

• ARDNŞ‐nin fəaliyyət göstərdiyi sahələrdən atmosferə atılan istixana effekti yaradan qazların mənbələrinin inventarlaşdırılması və hər il yeniləşən istixana effekti yaradan qazları kadastrının yaradılması;

• Tullantıların azaldılmasına gətirən, enerjiyə qənaət edən layihə təkliflərinin hazırlanması və onların Kioto Protokolunun Təmiz İnkişaf Mexanizmi çərçivəsində beynəlxalq səviyyəyə çıxarılması;

• Yeni layihələrin və bərpa işlərinin həyata keçirilməsində istixana effekti yaradan qazların tullantılarına nəzarətin və onların azaldılması tədbirlərinin həyata keçirilməsi;

• İstixana effekti yaradan qazların monitorinqi sisteminin yaradılması və aparılması;

• İqlim dəyişmələri üzrə milli və beynəlxalq layihələrdə fəal iştirak etmək, beynəlxalq əməkdaşlığın həyata keçirilməsi.

Azərbaycan CLC 92 Konvensiyasına (Neftlə çirkləndirmələrdən vurulan zərərə görə mülki məsuliyyət haqqında Konvensiya) 2004‐cü ildə qoşulmuşdur və onun qarşıya qoyduğu məsələlər aşağıdakılardır:

• Gəmilərlə 2000 tondan artıq neft daşımaların sığortalanması;

• Müqavilə bağlayan ölkənin dəniz üzrəçirklənmənin vurduğu ziyanın müəyyən edilməsi;

• Belə zərərlərin qarşısının alınması və onların minimuma endirilməsi üçün tədbirlərin görülməsi;

• Öhdəliyin müəyyən edilməsi və məhdudlaşdırılması. Xəzər dənizinin Su Mühitinin Qorunması üzrə Çərçivə Konvensiyası 2006‐cı ildə ratifikasiya edilmişdir. Konvensiya Xəzər dənizinin bioloji ehtiyatlarını qorumaqla yanaşı sahilyanıölkələr üçün çirklənmələrlə bağlı aşağıdakı vəzifələri müəyyən etmişdir:

•Çirklənməyə qarşı mübarizə aparmaq məqsədilə milli sistemlər və gözlənilməz hallar üçün fövqəladə tədbirlər planlarının olması;

• İnformasiya mübadiləsi və məlumatların yayılmasının təmin olunması;

• Təcili əməliyyat tədbirlərinin görülməsi;

• Birgə maraq zonaların müəyyən edilməsi;

• Çirklənmənin nəticələrinə dair hesabatların aparılması;

• Gəmilər, dənizdəki qurğular, dəniz limanları və neft istehsal edən qurğular üzrə fövqəladə tədbirlər planlarının olması;

• Çirklənmələr baş verən zaman qarşılıqlı yardımın göstərilməsi;

• Yardıma görə xərclərin ödənilməsi;

• Dəniz gəmiçiliyində ətraf mühitin təhlükəsizliyinin təmin olunması. Bu konvensiyaların müddəalarının təhlili göstərir ki, dənizdə fəaliyyət göstərən hər bir təşkilatın gəmilərindən, avadanlıqlarından, qurğularından, limanlarından dənizə tullantıların atılması minimuma və hətta “sıfıra” endirilməli, gözlənilməz neft dağılmaları və başqa çirklənmə halları üçün fəaliyyət planları, müvafiq texniki avadanlıqlarla və heyətlə təchiz olunmuş gəmiləri olmalıdır.

Xəzər dənizində fəaliyyət göstərən beynəlxalq konsorsiumun neft çıxardığı Azəri‐Çiraq‐Günəşli yataqları, dəniz boru kəmərləri sistemi və Səngəçal terminalıüçün “Neft dağılmalarıüzrə fəaliyyət Planları” vardır və bu planlara uyğun real texniki sistem yaradılmışdır. Neft dağılmalarının qarşısının alınması, ballast sularının və başqa tullantıların qarşısının alınması məqsədi ilə Xəzər dənizində fəaliyyət göstərən Rusiya, Qazaxıstan, Türkmənistan şirkətləri də müvafiq planlara və tədbirlər sistemlərinə malikdirlər.

Quruda çəkilmiş Bakı‐Novorossiysk, Bakı‐Supsa və Bakı‐Tbilisi‐Ceyhan neft kəmərləri və neft terminallarıüçün fəaliyyət planları və uyğun texniki sistemlər mövcuddur.

Xəzər dənizinin ölkəmiz, digər Xəzəryanıölkələr və bəşəriyyət üçün əhəmiyyətini, onun ekosistemlərinin həssas və relikt olmasını, bütün sahilyanı ölkələrin dənizdə getdikcə artan fəaliyyətlərinin (neft‐qaz yataqlarının istismarı, dəniz gəmi və boru kəmərləri daşımaları və s.) aktivləşməsini nəzərə alaraq ARDNŞöz Ekoloji Siyasətində Xəzər dənizinin gələcək nəsillər üçün qorunub saxlanılmasını ən prioritet vəzifə hesab edir.

ARDNŞ aşağıdakı məsələlərin həllini öz Ekoloji Siyasətində prioritet vəzifələr hesab edir:

• ARDNŞ‐nin Xəzər dənizində və quru ərazilərdə neft dağılmalarının ləğv edilməsi üzrə Fəaliyyət Planı;

• Neft dağılmalarının qarşısının alınması üçün istehsalat idarələrinin müasir texniki avadanlıqlarla təmin edilməsi;

• ARDNŞ‐nə məxsus gəmilərdə formalaşan tullantı sularının, neft və neft məhsulları tullantılarının toplanması və sahildə zərərsizləşdirilməsi sisteminin təkmilləşdirilməsi;

• Neft dağılmalarına qarşı mübarizədə milli və regional əməkdaşlığın həyata keçirilməsi;

• ARDNŞ‐nin Xəzər dənizindəki fəaliyyət zonalarında və onların ətrafında çirklənmənin müntəzəm monitorinqinin aparılması;

• Xəzər dənizinin ekologiyası və ətraf mühitinin mühafizəsi ilə məşğul olan təşkilatlarla elmi‐texniki, fövqəladə hallarda isə operativ informasiya mübadiləsinin həyata keçirilməsi;

• Xəzər dənizinin ekologiyası və biomüxtəlifliyinin qorunması sahəsində regional və milli proqramlara, layihələrə dəstək verilməsi, onların həyata keçirilməsinə yardım edilməsi.

Ümid edirik ki, ölkədə fəaliyyət göstərən digər nüfuzlu şirkətlər də öz fəaliyyətləri zamanı ekologiya və ətraf mühitin mühafizəsinə ARDNŞ qədər diqqətli yanaşacaq. Belə olarsa həm təbiətimiz fayda görər, həm insanlarımız, həm də dövlətimiz.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »