Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ətraf mühitdə hava və səs kirliliyi.... Hər problemdən texnoloji nailiyyətlərin gücü ilə faydalanmaq mümkündür

İşə gələrkən səhər saatlarında yoldakı tıxac adət etdiyimizdən daha uzun idi. Avtobusdan maşın selinə baxarkən ətrafı bürüyən tüstü məndə bir anlıq yaxınlıqda kimsə çərşənbə tonqalı yandırıb hissi oyatdı. Sonra yadıma düşdü ki, səhər saatlarıdır və bu gün çərşənbə axşamı da deyil. Tüstü avtomobillərdən çıxırdı və ətrafı da kəskin mazut, benzin qoxusu bürümüşdü. Bir yandan yaxınlıqdakı dəniz yük limanından gələn, kanalizasiya suları iyi verən çirkab dəniz qoxusu bir- birinə qarışmışdı. Xəzərin qoynunda şahzadə kimi uyuyan bu gözəl şəhəri kim belə çirkələndirib? Təbiətmi? Yox. Onun qoynunda yaşayan biz insanlar. Dərd ondadır ki bu bütün dünyada bütün böyük şəhərlərin problem halına gəlib.

Müasir zamanda hava çirkliliyi çox önəmli bir ekoloji problemdir. Hava çirkliliyi sağlam insanlara xüsusilə də uşaqların, qocaların, hamilələrin sağlamlığına, eləcə də xroniki ağciyər və ürək xəstəliyi olanlara çox pis təsir edir. Çirkli hava xroniki ağciyər xəstəliklərinə, insulta, ürək damar xəstəliklərinə və hətta ciddi psixoloji problemlərə səbəb olur. Çirkli hava dünyada hər il 3.3 milyon insanı öldürür. Bu ölümlərin 75 faizi infarkt və insult nəticəsində olur. Bu səbəbdən ölənlər ən çox ildə 1.4 milyon nəticə ilə çinlilərdir. Dünyada ən çirkli havaya sahib ölkələr də Çin, Hindistan və Pakistandır. Hətta Çində havanın çirkliliyi bəzən Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi təhlükəli sərhədin 20 qatından çox olur. Hava çirkliliyinin ən önəmli səbəbləri fosil yanacaqları (avtomobil yanacaqları və sairə), istilik qazanxanaları, fabrik və zavodlardır. Ayrıca evdə günlük məişətdə istifadə etdiyimiz kondisioner və soyuducular da havanı çirkləndirir. Çünki onlar qısaldılmış adı ‘CFC’ olan zərərli xlorflorokarbon qazı yayırlar.

Çirkli hava sinir sisteminə təsir edərək qan təzyiqini qaldırır. Arteriyaların, o cümlədən ürəyi qidalandıran tac arteriyaların içində trombun əmələ gəlməsinə səbəb olur. Qanın qatılığının artmasına səbəb olur. Nəticədə bütün bu proseslər ürəyi qidalandıran damarların tıxanmasına gətirib çıxarır.

İqtisadi inkişafın artığı bir dövrdə hava çirkliliyi demək olar ki, bütün dünyanın ekoloji probleminə çevrilib. Bu problem xüsusilə də zavod və fabriklərin çoxluq təşkil etdiyi şəhərlərdə müşahidə olunur. Hava çirkliliyi isə tez bir zamanda xilas ola biləcəyimiz bir problem deyil.

Bərpa olunmayan enerji mənbələrindən istifadə təbiətə də , ekologiyaya da sağalmaz yaralar vurdu, bərpa olunmayan energetikada faydalı qazıntılar tükənməklə yanaşı, həm də mənfi nəticələr baş verir: atmosfer istilik çirklənməyə məruz qalır, nəqliyyat və enerji qurğuları vasitəsilə atmosferin oksigeni intensiv sərf olunur, ətraf mühit zərərli tullantılarla çirkləndirilir, nüvə enerjisindən istifadə edildikdə isə texnogen fəlakətin baş vermə təhlükəsi yaranır. a) İstilik elektrik stansiyaları (İES) İES-nin ətraf mühitə təsiri əsasən yandırılan yanacağın növündən asılıdır. Bərk yanacaq. Bərk yanacaq yandırıldıqda atmosferə yanmayan yanacağın hissəcikləri olan uçucu kül, sulfid və kükürd anhidridi, azot oksidləri, bir qədər flüor birləşmələrinin, həmçinin tam yanmayan yanacağın qazşəkilli məhsulları daxil olur. Uçucu külün tərkibində bəzi halda toksik olmayan qarışıqla bərabər, həm də zərərli qarışıq da olur. Belə ki, Donessk antrasitinin külündə az miqdarda arsen olur.

Daş kömür. Planetimizdə ən geniş yayılmış qazıntı yanacağıdır. Mütəxəssislər belə hesab edirlər ki, onun ehtiyatı 500 ilə çatar. Həm də daş kömür bütün dünya üzrə daha bərabər paylanıb və neftdən də qənaətlidir. Daş kömürdən sintetik maye yanacaq almaq olar. Lakin belə məhsulun maya dəyəri yüksək başa gəlir. Proses yüksək təzyiq altında keçir. Bu məhsulun ən üstün cəhəti onun oktan ədədinin yüksək olmasıdır. Bu onu göstərir ki, o, ekoloji baxımdan daha təmizdir.

Torf. Energetikada istifadə edildikdə ətraf mühitdə bir sıra mənfi nəticələr baş verir: su sisteminin rejimi pozulur, torf çıxarılan yerdə landşaft və torpaq örtüyü dəyişir, yerli təmiz su mənbələrinin keyfiyyəti pisləşir, hava hövzəsi çirklənir, heyvanat aləminin yaşayış şəraiti pisləşir. Torfun daşınması və saxlanması ilə əlaqədar xeyli ekoloji çətinlik yaranır.

Maye yanacaq. Maye yanacaq (mazut) yandırıldıqda tüstü qazları ilə atmosfer havasına sulfid və kükürd anhidridi, azot oksidləri, vanadium birləşmələri, natrium duzları, həmçinin qazın təmizlənən vaxtı ayrılan maddələr daxil olur. Bununla belə, maye yanacaq işlədildikdə geniş əraziləri tutan və daim atmosferi çirkləndirən kül layları (qalaqları) problemi yaranmır. Maye yanacaq növlərinin məhsullarında uçucu kül olmur. Təbii qaz. Təbii qazın yandırılması zamanı atmosferin əsas çirkləndirici azot oksidləri hesab olunur. Lakin İESdə təbii qazın yandırılmasından azot oksidi tullantıları daş kömürün yandırılmasından orta hesabla 20% azdır. Deməli, təbii qazdan istifadə olunması ekoloji baxımdan əlverişlidir.

Böyük şəhərlərdə səs kirliliyi də növbəti problemlərdəndir.

Bakının şadlıq evlərində musiqi səsinin səviyyəsi demək olar ki, diskotekalardakı səsin səviyyəsinə yaxındır. Burada eşitmənin pisləşməsinin ilk simptomunu «toy» effekti adlandırmaq olar. Çoxsaylı insanların toy məclisində gur səsin təsirindən yanında əyləşən ayrı-ayrı məclis iştirakçılarının danışıq səsini və nitqini qarışıq salırsan, bilmirsən kim nədən söhbət edir, nə üçün gülür, pis vəziyyətdə qalırsan. Toydan çıxanda elə bil başın şişir, süstləşirsən, o gecəni yata bilmirsən, səhər isə iştahan olmur, əzgin halda durub evdən çıxmağa çalışırsan. Sonralar isə çoxsaylı görüşlərdən kənarlaşmağa çalışırsan, bu isə insanı sosial təcrid olunmağa, təklənməyə aparır. Musiqinin səsi ucaldıqca orqanizmdə çoxlu miqdarda stres hormonları, məsələn adrenalin yaranır. Bu zaman qan damarları daralır, bağırsağın fəaliyyəti ləngiyir. Sonralar isə bütün bunlar ürəyin və qan dövranının fəaliyyətini də pozur. Bu həddindən artıq yüklənmə infarkta səbəb ola bilər.

Səsin insana və onun orqanizminə təsiri və ona qarşı tədbirlər son onilliklərdə bütün dünyada ən aktual problemlərdən biri sayılır. Qeyd edildiyi kimi, səs insana istehsalatda (sənaye müəssisələri və bəzi səsli obyektlər), küçədə və evdə təsir göstərir. Yaşayış evində buna çox vaxt zəngin radiotexnika, divarların konstruksiyası və s. səbəb olur. Sənayenin intensiv artması səs və onun insanlara təsiri haqqında elmin inkişafına səbəb oldu. 1868-ci ildə alman fiziki H.Helmhols (1821-1894) ilk dəfə eşitmə və görmənin fiziologiyasını əsaslandırdı. Həmin vaxtdan etibarən sağlamlığa ziyanlı istehsalatda (dəmirçi, pərçimçi, qazançı) insanlarda ağır eşitmə ilə bağlı müxtəlif istiqamətlərdə tədqiqatlar aparılmışdır. Səs, ümumi bioloji qıcıqlandırıcı olub insan orqanizminin bütün orqanlarına və sisteminə təsir göstərərək müxtəlif fizioloji dəyişkənliklər əmələ gətirir. Bu təsir həm spesifik xarakter (eşitmənin dəyişməsi) daşıyır, həm də qeyri spesifik hadisələr (qan təzyiqinin yüksəlməsi, diqqətin və yaddaşın zəifləməsi, gözlərin yorğunluğu), psixi-fizioloji göstəricilərin (qıcıqlanmanın artması, yuxunun pozulması, həmçinin məktəbə hazırlığın aşağı düşməsi) pozulması şəklində özünü göstərə bilər.

Vibrasiyanın sağlamlığa təsiri. Vibrasiya (lat. vibratio - rəqs, titrəyiş) - müxtəlif formalı elastik cisimlərin mexaniki rəqsidir. Vibrasiyanın orqanizmə təsiri müxtəlif olur: bütün orqanizmə təsir göstərirsə, ümumi vibrasiya, orqanizmin bir hissəsinə təsir göstərirsə, yerli və ya lokal vibrasiya adlanır. Qatarda, təyyarədə gedərkən, qopartma çəkiclə və s. mexanizmlərlə işləyərkən, həmçinin kosmik uçuşlarda start və yerəenmə zamanı əmələ gəlir. Vibrasiyanın bioloji təsiri onun tezliyindən asılıdır; tezliyi 15 Hs-dək olan rəqslər vestibulyar aparata təsir edir. Tezliyi 25 Hs-dək rəqslər ayrı-ayrı təkanlar şəklində olub, sümüklərdə və oynaqlarda dəyişikliklər əmələ gətirir; 50 Hs-dən 250 Hs-dək olan rəqslər isə sinir sisteminə təsir edir, damarların spazmasına, ürək fəaliyyətinin dəyişməsinə, yorğunluğa, ayrı-ayrı orqanlarda ağrılara, vibrasiya xəstəliyinə səbəb olur. Daha yüksək ultrasəs tezliklərdə mexaniki enerji istilik enerjisinə çevrilir.

Mühitin elektromaqnit çirklənməsi və onun insan sağlamlığına təsiri də böyükdür. Ekoloji problemlərin təhlili zamanı elektrik və maqnit sahələrinin bütün növlərini mənşəyinə görə aşağıdakı qruplara ayırmaq olar:

Keçmiş mənbələrdən törəyən elektromaqnit sahələri (Günəş, ulduzlar və s.);

Yerin sabit elektrostatik maqnit sahəsi;

Yerin atmosferi və ionosferində baş verən bəzi proseslər zamanı əmələ gələn elektromaqnit sahələri (şimşək, qütb şəfəqi və s.);

Bioloji obyektlərdən törənən elektrik sahələri;

Antropogen mənşəli elektromaqnit şüalanması. İnsan fəaliyyəti ilə törənən elektromaqnit sahələri yalnız son 10 ildə Yerin təbii fonu ilə müqayisədə min dəfədən də çox artmış və bu sahələrin diapazonu da kəskin genişlənmişdir. Odur ki, insanın elektromaqnit sahəsi (EMS) ilə qarşılıqlı təsiri problemi son vaxtlar olduqca aktual olub, radioəlaqə və radiolokasiyanın intensiv inkişafı, texnoloji əməliyyatları həyata keçirmək üçün elektromaqnit enerjisindən istifadə sferinin genişlənməsi, məişət elektrik və radioelektron qurğularının kütləvi yayılması ilə bağlıdır. Son onilliklərdə ətraf mühitin yeni faktoru - antropoen mənşəli elektromaqnit sahələri - elektrosmoq formalaşmışdır. Mühitin elektromaqnit çirklənməsi dünya miqyasında vacib məsələ olduğundan, ÜST bu problemi bəşəriyyət üçün ən aktual problemlər sırasına daxil etmişdir. Bəzi mütəxəssislər isə EMS-ni bütün canlılar üçün fəlakətli nəticələrə səbəb olan güclü təsir göstərən ekoloji faktorlar sırasına daxil edir. Son illər şəhərlərdə bütün tezlikli dipazonlu (10QQs-yə qədər) EMS-nin müxtəlif mənbələrinin sayı artmışdır. Bura radiotelefonlar (Mobil əlaqə sistemləri), DAM-lərin radarları, kiçik dalğalı sobalar, kompüterlər və b. daxildir. EMS-nin bioloji təsiri sahəsində aparılan tədqiqatlar insan orqanizminin ən həssas sistemləri - əsəb (sinir), immunitet və endokrin olmasını təyin etməyə imkan yaratdı. Elektromaqnit çirklənmənin insana təsiri üzrə qeydə alınan nəticələr arasında orqanizmin əsas funksiyalarının, o cümlədən, ürək-damar və həzm sistemlərinin zədələnməsi, psixi pozuntuların inkişafı və b. göstərmək olar.

İnsan hər zaman çarəsizlikdən müxtəlif icadlar edib və bu texniki təkamülə gətirib çıxarıb. Hava çirkliliyindən biznes kimi istifadə edənlər, bundan da faydalananlar var.Gedərək artan və bütün dünyaya təsir edən bu problem üçün, bir çox fərqli həll təqdim edilir. Təqdim olunan Sis-Free Tower adlı bina- qurğu isə daha fərqli bir həll təqdim edərək həm havanı təmizləyir həm də bu təmizliyin nəticəsində fərqli işlər reallaşdırır. Sənətçi və dizayner olan Dan Roosegaarde'nin hazırladığı bu dizayn, çirkli havanı təmizləyir daha sonra isə bunu qiymətli daşlara çevirir. Bunun nəticəsində də maraqlı daş-qaşlar əldə edilir. Bir sözlə desək hava çirkliliyi modanın bir hissəsi olur. Söz gedən cihaz havanı təmizləyərkən qiymətli daşlar istehsal edir və satılan bu qiymətli daşlarla da layihənin çarxları dönür. Yəni çirkli havadan əldə edilmiş bir daş qaş aldığınız zaman əslində bu layihəyə dəstək vermiş olursunuz. Böyük bir "süpürgə" olan bu mini qüllələr 7 metr uzunluğundadır. Qüllənin üstündən çirkli hava təmizlənərkən, təmiz hava da alt səviyyədə yenidən ətrafa yayılır. Sis-Free Tower saatda 30.000 kubmetr hava təmizləyə bilir.

Bu tapıntı əslində böyük elmi nailiyyət hesab oluna bilər. Təbiətdə elə insanın özünün yaratmış olduğu böyük problemlərdən çıxış yolunu ən faydalı şəkildə həlli də insan oğlunun qarşısında duran bir məqsəddir , bu mənada Sis-Free Tower ilk qaranquşlardan biridir. Nikbin düşnməyə əsas var.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »