Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qətər ABŞ-la münasibətləri nizamlamağa çalışır
Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl-Təni bu həftə Vaşinqtona səfər edəcək.

APA-nın xəbərinə görə, bu barədə RİA Novosti agentliyinə Qətərin Rusiyadakı səfirliyindən bildiriblər. Səfər proqramı hələlik açıqlanmayıb.

Bundan əvvəl “Fox News” telekanalı məlumatlı mənbələrə istinadən xəbər verib ki, ABŞ administrasiyası Qətər ətrafında vəziyyətin nizamlanması üçün Vaşinqtonda ərəb ölkələri liderlərinin sammitini keçirilməsini nəzərdən keçirir.

Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Qətərlə diplomatik münasibətləri kəsdiklərini elan edib. Onlar rəsmi Dohanı terrorçu təşkilatları dəstəkləməkdə və Yaxın Şərqdə qeyri-sabitlik yaratmaqda ittiham edir. Bunun ardınca Liviyanın sərgindəki hökumət, Yəmən, Maldiv adaları, Mavritaniya, Komor adaları da Qətərlə münasibətləri kəsdiyini bəyan edib. Cibuti Qətərlə diplomatik münasibətlərin səviyyəsini endirib. Seneqal, Çad və Niger isə bu ölkədəki səfirini geri çağırıb. Rəsmi Doha irəli sürülən bütün ittihamları rədd edib.

Paylaş »
››› Azərbaycanda növbəti uğursuz milli çaxnaşma cəhdi: "Bizim başqa Vətənimiz yoxdur!"
››› Artıq mini sualtı gəmilərimiz də var
››› “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ağzına su almasın” - İlahiyyatçı
››› Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib
››› Rusiyanın hakim Vahid Rusiya Partiyası seçkilərdə qələbəsini elan edib
››› Sovet dövründən qalma baha sata biləcəyiniz 12 əşya
››› Rusiyada universitetdə silahlı basqın olub, ölən və yaralılar var - Video
Son xəbərlər
Bütün xəbərlər »