Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın federal büdcəsində 220 milyard rubl kəsir var
Rusiyanın federal büdcəsində 220 milyard rubl kəsir var

Rusiya Maliyyə Nazirliyi ilin 10 ayında federal büdcənin 220 milyard rubl (təxminən 2,2 milyard dollar) kəsiri olduğunu bildirib.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, nazirlikdən verilən yazılı açıqlamada, bu ilin 10 ayında büdcə gəlirlərinin ötən ilin eyni dövrü ilə müqayisədə 28,4 faiz artaraq 29,7 trilyon rubla çatdığı bildirilib.

Açıqlamada qeyd olunan dövrdə büdcə xərclərinin 23,7 faiz artaraq 29,9 trilyon rubla çatdığı, büdcə kəsirinin isə 220 milyard səviyyəsində olduğu qeyd edilib.

Açıqlamada qeyri-neft və təbii qaz büdcəsinin gəlirlərinin 20,2 trilyon rubl, neft və təbii qaz büdcəsinin gəlirlərinin isə 9,5 trilyon rubl olduğu bildirilib. Qeyd edilib ki, bu il büdcədə ÜDM-ə nisbətən 1,7 faiz kəsir gözlənilir.

Rusiyada Ukraynaya qarşı başlatdığı və iki ildən artıqdır davam edən müharibəyə görə büdcə xərclərinin artması səbəbindən 2025-2027-ci illər büdcəsində xüsusilə enerji şirkətləri üçün vergilərin artırılması nəzərdə tutulur. Rusiya hökuməti bu artımla büdcə gəlirlərini 12 faiz artırmağı hədəfləyir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »