Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avstraliyada 16 yaşdan kiçik insanlar üçün sosial media qadağası
Avstraliyada 16 yaşdan kiçik insanlar üçün sosial media qadağası

Avstraliya hökuməti uşaqları onlayn təhlükələrdən qorumaq üçün 16 yaşından kiçik uşaqlara sosial media qadağası qoymağa hazırlaşır.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Baş nazir Antoni Albanesenin rəhbərliyi ilə təqdim olunacaq qanun layihəsi gələn həftə parlamentin gündəliyinə çıxarılacaq.

Albanese bu addımı "valideynlərin övladlarının onlayn təhlükəsizliyi ilə bağlı narahatlığına" cavab olaracağını deyib: "Bu qanun valideynlər üçündür. Uşaqlarımızın onlayn təhlükəsiz olduğundan əmin olmaq istəyirik", - deyə qeyd edib.

Qanun layihəsinə görə, artıq sosial mediada hesabı olan gənclər qadağanın təsirinə məruz qalmayacaq və valideyn razılığı ilə yaş həddini aşmaq olmaz. Bu qanunda məsuliyyət sosial media platformalarına veriləcək və platformalardan yaş məhdudiyyətinin tətbiqi üçün “ağıllı addımlar atmaq” tələb olunacaq.

Qanuna əməl olunmasına Avstraliyanın onlayn tənzimləmə agentliyi, e-Təhlükəsizlik Müvəkkili nəzarət edəcək. Layihənin uşaqların psixi sağlamlığının qorunması məqsədi daşıdığı bildirilsə də, onun effektivliyi ilə bağlı ekspertlər arasında müxtəlif fikirlər var.

Bəzi ekspertlər bu cür qadağaların gəncləri yalnız geri saldığını və onları sosial mediaya hazırlıqsız qoyacağını iddia etsə də, bəziləri uşaqları rəqəmsal mühitlərdən qorumağın vacibliyini vurğulayır. Bəzi akademik dairələr Avropa İttifaqı kimi qurumların oxşar qaydaların tətbiqi zamanı əvvəllər qarşılaşdıqları texniki çətinliklərə diqqət çəkir və qanunların etibarlılığının məhdud qala biləcəyini bildirir.

Avstraliya Uşaq Hüquqları üzrə İşçi Qrupu hökumətə qanun layihəsi əvəzinə sosial media platformaları üçün təhlükəsizlik standartlarının tətbiq edilməsini tövsiyə edən açıq məktub təqdim edib. Məktubda həmçinin Birləşmiş Millətlər Təşkilatının uşaqların xeyrinə onlayn məkanlardan istifadəni dəstəkləyən tövsiyələrinə istinad edilib.

Digər tərəfdən, bəzi icma qrupları qanun layihəsini dəstəkləyir. 125 mindən çox imza toplayan “36Months” təşəbbüsü gənclərin onlayn platformalardan təhlükəsiz istifadə etmək üçün 16 yaşına qədər gözləməli olduqlarını bildirir. Kampaniya iddia edir ki, sosial media gənclərin inkişaf prosesində onların psixi sağlamlığına mənfi təsir göstərir və “psixoloji pozğunluqlar epidemiyasına” səbəb olur.

Baş nazir Albanese, təkcə onlayn maarifləndirmə təliminin kifayət etmədiyini bildirdi: “Texnologiya şirkətləri böyük gücə malikdir. Alqoritmlər gəncləri müəyyən davranışlara yönəldə bilər”, - deyib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »