Bəzi demokratlar seçkilərdə vitse-prezident və Demokratlar Partiyasının namizədi Kamala Harrisin məğlubiyyətində prezidentlik yarışından imtina edən ABŞ prezidenti Co Baydeni günahlandırır.
APA xəbər verir ki, bu barədə “CNN“ telekanalı məlumat yayıb.
“Bayden buna görə çox böyük məsuliyyət daşıyacaq”, - Harris kampaniyasının yüksək vəzifəli rəsmisi telekanala bildirib.
Bayden Demokratların narahatlığına baxmayaraq, uzun müddət seçki yarışında qalmaqda ittiham olunur.