Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Boris Conson "reklam"a görə efirdən uzaqlaşdırılıb: "Məni dayandırmaq üçün heç nə edə bilməzsən"
Boris Conson "reklam"a görə efirdən uzaqlaşdırılıb: "Məni dayandırmaq üçün heç nə edə bilməzsən"

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson "Unleashed" adlı xatirələrini aqressiv şəkildə təbliğ etdiyi üçün Britaniyanın "Channel 4" telekanalında proqramda iştirakdan kənarlaşdırılıb.

Bizimyol.info xəbər verir ki, bu barədə "Politico"nun Avropa versiyası məlumat yayıb.

Verilən məlumata görə, ABŞ-da prezident seçkilərinə həsr olunmuş televiziya proqramının başlamasından cəmi bir neçə dəqiqə sonra Conson kitabını götürüb, sonra aparıcı ilə söhbətində ona daim istinad edib. Sabiq baş nazir qeyd edib ki, aparıcının Ukrayna və siyasətə qayıtma ehtimalı ilə bağlı verdiyi sualların cavabını onun xatirələrində tapmaq olar.

Aparıcıdan kitabı çıxarmağı xahiş etdikdə, Conson imtina edərək: "Məni dayandırmaq üçün heç bir şey edə bilməzsən ... Kitabımı reklam etmək hüququm var”, - deyib. Bir müddət sonra Conson artıq studiyada deyildi və aparıcı onun efirdən çıxarılmasının səbəbini "kitabı haqqında çox danışması" ilə izah edib.

Böyük Britaniyanın keçmiş baş nazirinin "Unleashed" adlı xatirələri 2024-cü ilin oktyabrında nəşr olunub. Kitab onun London meri, Britaniyanın Aİ-dən çıxması üçün kampaniya aparan, krallığın xarici işlər naziri və baş naziri kimi fəaliyyətindən bəhs edir. "The Guardian" qəzetinin yazdığına görə, işıq üzü görən ilk həftədə geniş reklam edilən kitab bestseller oldu - təxminən 42 min nüsxə satılıb, lakin ikinci həftədə satışlar 62% azalıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »