Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Tarixin ən böyük kəşfini etmək üzrəyik"
Dünyanın ən böyük haker qrupu olan “Anonim” NASA-nın (Milli Aviasiya və Kosmos Dairəsi) yadplanetlilərin varlığını açıqlamaq üzrə olduğu xəbərini yayıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, qrupun Yutubda yayımladığı son videosunda Kosmos Elm və Texnologiyaları Universitetinin təşkil etdiyi toplantıda NASA sözçüsü olan professor Tomas Zurbuxen bu açıqlamanı verib:

"Sivilizasiyamız kainatda yadplanetlilərin var olduğunu sübut edəcək dəlilləri tapmanın bir addımlığındadır. Yadplanetlilərin yaşadığını sübut etmək məqsədilə bütün fərqli hərəkət və hədəfləri göz önünə alsaq, tarixin ən böyük və unikal kəşfini etmək üzrəyik".

Qeyd edək ki, keçən həftə NASA 219 yeni planet kəşf edib və bunlardan 10-nun Yer Kürəsi kimi yaşana biləcək planet olduğunu açıqlayıb. Bununla da NASA-nın “Kosmos” teleskopu vasitəsilə kəşf edilən və NASA tərəfindən “Dünyaya bənzər” adı verilən planet sayı 403450-yə çatıb.

Paylaş »
››› “Əgər Ermənistan bizə dəhliz vermirsə, o zaman biz də Laçın dəhlizini nəzarətə götürməliyik”
››› Boşanmanın qadağan olunduğu ölkə: Cütlüklərin yarısı evlənmir
››› Azərbaycanın peyvənd pasportu Türkiyədə qəbul olunmadı
››› Yur dövrünün qayıdışı reallığa çevrilir: Mamontları canlı şəkildə görə bilərik
››› İcra başçısının bacısı oğlu həbsdən buraxıldı
››› TƏBİB-in "gizli" dərman paketi
››› "Prostat xəçənginin yaranma səbəbləri daha ağrılıdır"
Son xəbərlər
Bütün xəbərlər »