Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Messi vergidən yayınıb
"Barselona"nın argentinalı ulduzu Lionel Messinin uşaqlara kömək üçün təsis olunan fondu ən azı 10 milyon avro vergidən yayınıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 2007-2015-ci illərdə fond gəlirinin böyük hissəsini vergi bəyannaməsində göstərməyib.

Messi və onun atası oxşar adlarla bir neçə hesab açıblar. 2009-cu ildə fondun Rozario şəhərində filialı açılıb. Bu qurum İspaniyada ictimai təşkilat kimi qeydiyyatdan keçirilib. Onlar imzaladıqlara müqavilələrin maliyyə dəyərini gizlədiblər. Bu, ardıcıl 3 il təkrar olunduğuna görə Argentinanın Maliyyə Nazirliyi təşkilatı qeydiyyatdan çıxarıb. Fondun nümayəndələri ittihamla bağlı şərh verməkdən imtina ediblər.

Qeyd edək ki, bir neçə gün əvvəl Messi və atasının vergidən yayaınması ilə əlaqədar məhkəmə prosesi başa çatmışdı. Məhkəmədə argentinalı hücumçunun 21 aylıq həbs cəzası 252 min avro cərimə ilə əvəzlənmişdi.

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »