Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Trampın miqrasiya barədə fərmanı işə düşür
Bu gün ABŞ Ali Məhkəməsi prezident Donald Trampın miqrasiya barədə fərmanının qismən qüvvəyə minməsi barədə qərar çıxarıb.

APA-nın məlumatına görə, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Qeyd edək ki, D. Trampın həmin fərmanı İran, İraq, Liviya, Somali, Sudan, Suriyə və Yəmən vətəndaşlarının 90 gün müddətinə ABŞ-a gəlişinə qadağanı nəzərdə tutub. İraq sonradan bu siyahıdan çıxarılıb. Lakin Vaşinqton ştatının Sietl Federal Məhkəməsi və Havay ştatının Qonolulu Federal Məhkəməsi bu fərmanın əleyhinə qərar verib və fərman icra olunmayıb.

ABŞ Ali Məhkəməsinin qərarı o deməkdir ki, Ali Məhkəmə yekun qərar verənə qədər D. Trampın fərmanı qismən icra olunacaq. Ali Məhkəmənin növbəti iclası oktyabra təyin edilib. Ancaq bu qərar həmin ölkələrin ABŞ təşkilatları və vətəndaşları ilə sıx əlaqələri, ABŞ-da biznesi olan vətəndaşlarının gəlişinə qadağanı məhdudlaşdırıb. Yəni fərman bu şəxslərə şamil olunmayacaq.

Xatırladaq ki, D. Tramp iyunun əvvəlində ABŞ Ali Məhkəməsinə müraciət edib.

Son xəbərlər
Bütün xəbərlər »