Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Puluna minnət" seçkisi... "ABŞ prezidentinin seçimində siyasi "səs" qədər iqtisadi "dəstək" də təsirlidir"
"Puluna minnət" seçkisi... "ABŞ prezidentinin seçimində siyasi "səs" qədər iqtisadi "dəstək" də təsirlidir"

“Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisi 76 milyarder, onun Respublikaçı rəqibi Donald Trampı 49 milyarder dəstəkləyir”. Bu barədə Forbes jurnalı yazır. Qeyd edilib ki, Demokratı dəstəkləyən milyarderlərin marağı qəribə görünə bilər, çünki o, tez-tez respublikaçını super varlıların xeyrinə siyasət yaratdığına görə tənqid edir. Həmçinin bildirilir ki, bir çox başqa milyarderlər də namizədə maliyyə dəstəyi verə bilər.

Görünən odur ki, ABŞ-da seçkilər bizim gördüyümüz və bildiyimiz seçkilərdən deyil. Yəni kimin daha çox zəngin dəstəkləyicisi varsa, prezident də o şəxs olacaq...

“Nə gözəl məmləkət”...

Politoloq Elşad Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, dünyaya demokratiya carçısı kimi özünü göstərən Amerika qəribəliklərlə doludur.

Elşad Həsənov Elşad Həsənov

“ABŞ-dakı seçkilərdə bir vahid qanun üzrə aparılmır. Əsas seçicilərin səsi prezidenti seçmir. Orada hər ştatdan da seçicilərin nümayəndələri, seçici adamlar var. Baxmayaraq ki, Hillari Klinton səs çoxluğu ilə qələbə çalmışdı, ancaq Amerika qanunlarına görə Tramp prezident seçildi. Amerika həm də milyarderlər ölkəsi olduğuna görə, orada da seçkinin iqtisadi tərəflərini güdən adamlar da var. Bu günlərdə mətbuatda gedən məlumatlara görə, 76 milyarder Harrisin tərəfindədir. Hələ seçki yaxınlaşdıqca da ola bilsin ki, onların sayı da arta bilər. Ancaq Tramp özü milyarder olmasına baxmayaraq, onu hələlik 49 milyarder dəstəkləyir. Bu son səslərin faizinə görə də, Harris Trampı faiz qabaqlayır.

Politoloq qeyd edib ki, Trampın tərəfdarları var. Eyni zamanda Trampa əsas dəstək olan Amerikanın ən varlı adamı İlon Mask, onun administrasiyasında da özünə vəzifə almaq istəyir.

“Trampa İlon Mask tərəfdarları tərəfindən səslər daha da artır. İlon Mask Trampı dəstəkləməsəydi, bəlkə də Trampın səsi daha az olardı. Çünki amerikalılar bilirlər ki, Tramp siyasətində qeyri-adi hərəkətlər və dəyişikliklər edə bilər. Həm də Trampın Rusiya ilə əlaqələri olması da Amerika ictimaiyyətinə məlumdur. Bu səbəbdən də, Harrisə görə nisbətən az seçicilər onu dəstəkləyir.

Politoloq hesab edir ki, bu da özünü seçkilər zamanı göstərəcək.

“Amerikada da seçicilərin çoxu prezidentliyə namizədlərin platformasındakı məsələlərə, xüsusilə də, iqtisadi məsələlərə, yəni vergilərin  və kommunal xərclərin azaldılmasına fikir verən seçicilərdir. Amerikada seçki günləri əhalinin böyük əksəriyyəti seçkidə iştirak edir. Seçki mədəniyyəti artıq onlarda formalaşıb. Amma yenə də deyirəm ki, iqtisadi tərəflər daha çox üstünlük təşkil edir. Amerikanı kim daha güclü edə bilərsə, amerikanlar ona səs verirlər.

Seçkilərə az müddət qalıb. Müddət azaldıqca bu siyasi mübarizə daha da kəskinləşəcək. Bu, həm də beynəlxalq aləmdə baş verən dəyişikliklərlə də, mübarizələrə də Yaxın Şərqdə gedən müharibə və Amerikanın məhz İsraili açıq şəkildə dəstəkləməsi, eyni zamanda Rusiya-Ukrayna müharibəsinin davam etməsi və burada da Amerikanın Ukraynaya dəstək göstərməsi, bütün bunlar hamısı seçkiyə ciddi təsir edir”-deyə Elşad Həsənov bildirib.

Politoloq vurğulayıb ki, Amerikada səsvermə hüququ olan rus kökənli insanlar var. Eyni zamanda Ukraynadan 40-50-ci illərdə 70-80-ci illərdə köçüb gələnlər də var. Bu səbəbdən də, seçkilərin gərgin keçməsi gözlənilir.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »