Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bütün yollar "cərimə"yə aparır... "Kirayə müqaviləsi bağlanmamasına görə iki tərəf də cərimə olunur"
Bütün yollar "cərimə"yə aparır... "Kirayə müqaviləsi bağlanmamasına görə iki tərəf də cərimə olunur"

Sosial şəbəkələrdə kirayə müqaviləsi bağlamayanların cərimələndiyinə dair məlumatlar yayılıb. Bildirilir ki, mənzildə kirayə qalan zaman müqavilə bağlanmadıqda ev sahibi 800, evdə qalan şəxslər 50 manat ödəməli olur. Əslində notarial qaydada kirayə müqaviləsinin imzalanması ev sahibləri üçün vergi ödəməli olsalar belə, əlverişlidir. Çünki müqavilə olduğu zaman, müqavilənin şərtləri pozulduğu zaman ev sahibi kirayəşini evdən çıxarmaq hüququna sahib olur. Və yaxud evdən hansısa əşya itdiyi və ya oğurlandığı zaman ev sahibi kirayəşindən həmin əşyaya görə dəyən zərərini də tələb edir. Bu gün daşınmaz əmlakla bağlı ödənişdən yayınma hallarını nəzərə alsaq, əslində nəzərdə tutulan vergi o qədər də böyük görünmür.

Hüquqşünas Ramil Süleymanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, vətəndaşların öz evlərini kirayə verdiyi zaman notariusda müqavilə bağlamaması halları bu gün kütləvi hal alıb.

Ramil Süleymanov / Foto: Bizimyol.info Ramil Süleymanov / Foto: Bizimyol.info

"Bu cərimələrin bu şəkildə yüksək olmasının ən böyük səbəbi odur ki, vətəndaşlar kirayə müqaviləsi bağlamır və vergidən yayınırlar”-deyən hüquqşünas bildirib ki, burada ödəmə mənbəyindən tutulan vergi hesablanır və bu verginin həcmi 14 faiz təşkil edir. Əgər tərəflər arasında kirayə müqaviləsi rəsmi imzasız və ya şifahi şəkildə varsa, faktiki olaraq tərəflər nəzərə almalıdırlar ki, cərimə ödəyəcəklər.

Hazırda cərimə ilə bağlı müzakirələr getdiyini bildirən hüquqşünas vurğulayıb ki, cərimənin belə yüksək olmasının səbəbi həm də vətəndaşların qanunun tələblərinə uyğun təşkil olunmuş protokol və ya bunlara onlar barəsində məhkəmə qərarlarının əldə olunmasıdır.

“Eyni zamanda əgər şəxs yaşadığı yer üzrə qeydiyyata düşmürsə və bununla bağlı qanunvericiliyin tələblərini pozursa, həmin şəxs Azərbaycan respublikasının İnzibati Xətalar Məcəlləsinin 563.1-ci maddəsinə əsasən yəni yaşayış yerinin olduğu yerə köç edir və qeydiyyata düşmək və ya qeydiyyatdan çıxmaq qaydalarına riayət etmədiyinə görə, onlara birinci səfər xəbərdarlıq olunur və ya 1 ay ərzində ona bununla bağlı 30manat məbləğində cərimə tətbiq olunur”-deyə hüquqşünas bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »