Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Apple” tədqiqatçıları süni intellektdə məntiqi xətaları aşkar ediblər
“Apple” tədqiqatçıları süni intellektdə məntiqi xətaları aşkar ediblər

“Apple”ın süni intellekt üzrə tədqiqat qrupu böyük dil modellərinin düşünmə qabiliyyətlərində böyük çatışmazlıqlar aşkar edib.

Bizimyol.info “webtekno”ya istinadən xəbər verir ki, texnologiya nəhəngləri bir-bir süni intellekt sahəsinə daxil olduqlarını açıqladılar və “Meta, “OpenAI” və “Google” kimi tərtibatçılar öz modellərini təqdim etdilər.

“Apple” həmçinin “Apple Intelligence” adlı süni intellekt modelini də ortaya qoyub. “Apple”ın süni intellekt üzrə tədqiqatçıları bu böyük dil modellərinin riyazi əsaslandırma tapşırıqlarında necə çıxış etdiyini araşdırıblar.

Tədqiqat həm də böyük dil modellərinin məntiq qurma tərzində bir qüsur aşkar edib. Müvafiq olaraq, böyük dil modelləri əsl mənada düşünməkdənsə, əvvəllər təlimdə öyrəndikləri nümunə uyğunlaşdırma üsullarından istifadə edirlər. Bu, sualların verilmə tərzi dəyişdirildikdə, süni intellektin cavablarında dəyişikliklərə səbəb olur. Məsələn, kivinin sayının soruşulduğu sualda kivinin çəkisi və ya boyu kimi məlumatlar verildikdə cavablar dəyişir.

Araşdırma qrupunun verdiyi açıqlamaya görə, bu cür dəyişikliklər model davranışına əhəmiyyətli dərəcədə təsir edir və modellərin etibarlılığını azaldır. Tədqiqatçıların fikrincə, sadəcə adların dəyişdirilməsi modelin performansında 10 faiz dəyişikliyə səbəb ola bilər. Bu vəziyyətin səbəbi modellərin formal əsaslandırma əvəzinə kompleks nümunə tanıma üsullarından istifadə etməsidir.

Tədqiqatçıların fikrincə, bu problemi həll etmək üçün ənənəvi simvol əsaslı düşüncələri neyron şəbəkələrlə birləşdirən neyrosimbiotik süni intellekt yanaşmaları qəbul edilə bilər. Beləliklə, süni intellekt daha dəqiq qərarlar qəbul edə və sualları daha dəqiq həll edə bilər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »