İtaliya BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin ("UNRWA") İordan çayının qərb sahilindəki fəaliyyətini maliyyələşdirmək üçün 5 milyon avro ayırıb.
Bizimyol.info xəbər verir ki, İtaliyanın baş naziri Giorgia Meloni parlamentdə elan etdiyi kimi, vəsaitin bir hissəsi Suriya, Livan və İordaniyadakı fələstinli qaçqınlara dəstək üçün istifadə olunacaq.
"İtaliya "UNRWA" layihələrini dəstəkləməyə hazır olaraq qalır, lakin terror fəaliyyəti ilə əlaqənin ən kiçik ehtimalının qarşısını almaq üçün yalnız yoxlama və tam nəzarətdən sonra", - deyə o qeyd edib.
İsrail tərəfinin bir sıra agentliyin əməkdaşını HƏMAS-la əlaqələrdə ittiham etməsindən sonra Roma daha əvvəl Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə maliyyə ayrılmasını dayandırmışdı.
Qadir, Bizimyol.imfo