Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək İctimai Birliyi ölkədə ilk olan beynəlxalq uğura imza atıb
Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək İctimai Birliyi ölkədə ilk olan beynəlxalq uğura imza atıb

“Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək” İctimai Birliyi (RMİD) World Federation of Advertisers-a (WFA) Azərbaycandan ilk üzv olaraq əməkdaşlıq etməyə başlamışdır.

Bizimyol.info xəbər verir ki, bu barədə “Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək” İctimai Birliyi öz rəsmi sosial şəbəkə hesablarında paylaşım edib. İctimai birlik World Federation of Advertisers ilə Azərbaycandan ilk üzv olaraq əməkdaşlığa başlanmasını qürurla qeyd edib.

World Federation of Advertisers (WFA) / Dünya Reklamçılar Federasiyası yüksək səviyyəli marketoloqlar üçün yeganə qlobal şəbəkədir. Marketinq təcrübəsinə daha effektiv və davamlı kommunikasiyalarla, unikal ekspertiza, ilham və liderlik mənbəyini təqdim edir. 150-dən çox iri markalarla və 60-dan çox ölkədə milli reklamçılar assosasiasiyalarının rəhbərlərinin, nümayyəndələrinin şəbəkəsini inkişaf etdirir. World Federation of Advertisers (WFA) marketoloqların maraqlarını müdafiə edir, qlobal marketinq xərclərinin təxminən 90%-ni, yəni illik təxminən 900 milyard ABŞ dollarına təsir edir.

“Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək” İctimai Birliyi hazırda “İNSSA” Beynəlxalq Qeyri Hökümət Təşkilatları Assosiasiyası, “DevelopmentAİD” İnkişaf Fondu, Almaniyanın QHT-lərlə işləyən “Könüllülər Dünyası” platforması, “Birləşmiş Millətlər Əməkdaşlıq Portalı”, “Avropa Maliyyələşdirmə Tender Portalı” və “Vətəndaş Cəmiyyəti Təşkilatlarının Qlobal Şəbəkəsi” (GNDR) ilə müxtəlif formatlarda əməkdaşlığa davam edir.

Qeyd edək ki, Bizimyol.info xəbər portalı “Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək” İctimai Birliyinin üzvüdür.

Son xəbərlər
Bütün xəbərlər »