İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı Vaşinqtona xəbərdarlıq edib ki, onlar öz hərbi infrastrukturlarının və hava məkanının ABŞ və ya İsrail hərbçiləri tərəfindən İrana qarşı hücum əməliyyatları üçün istifadə edilməsini istəmirlər.
Bizimyol.info xəbər verir ki, bu barədə cümə axşamı “The Wall Street Journal” ərəb rəsmilərinə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, Tehran gizli diplomatik kanallar vasitəsilə “neftlə zəngin körfəz ölkələri və Yaxın Şərqdəki digər Amerika müttəfiqlərinin” ərazilərindən və ya hava məkanından İrana hücum etmək üçün istifadə edilərsə, zərbələrin hədəfi olacağı barədə xəbərdarlıq edib.
ABŞ ordusunun ərazilərində yerləşdirildiyi İordaniya, Qətər, BƏƏ və Səudiyyə Ərəbistanı da xəbərdarlıq alıb.
Qəzetin həmsöhbətlərinin fikrincə, Fars körfəzi ölkələrinin neft infrastrukturuna, eləcə də regiondakı Amerika hərbi obyektlərinə və əməkdaşlarına hücum riski var.
Qadir, Bizimyol.info