Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
2000 metr yüksəklikdəki dağın zirvəsində yeni qurbağa növü kəşf edilib
2000 metr yüksəklikdəki dağın zirvəsində yeni qurbağa növü kəşf edilib

Çinli tədqiqatçılar yeni quyruqlu qurbağa növünü kəşf ediblər. 2000 metr yüksəklikdəki dağın zirvəsində aşkar edilən qurbağa növünə "Od qarınlı salamandar" adı verilib.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, onlar Çinin cənub-şərqində, 2000 metr hündürlükdə yerləşən Huangqanq dağının zirvəsində araşdırma aparıb və yeni salamandr növü aşkar ediblər.

Tədqiqatçılar əvvəlcə kiçik gölməçədən 9 nümunə toplayıblar. Bu nümunələr üzərində aparılan analizlər nəticəsində yeni bir növün kəşf edildiyi anlaşılıb. Yeni növ, bədənindəki fərqli qara ləkələrə və parlaq narıncı alt hissələrinə görə "Alov qarınlı salamandar" adlandırıldı.

Quyruqlu qurbağalar kimi də tanınan salamandrlar təxminən 500 amfibiya növünün ümumi adıdır. Salamandarların uzun bədənləri və uzun quyruqları var.

Milli parkda 7400-dən çox vəhşi bitki və heyvan növü yaşayır ki, bura yeni növün aşkar edildiyi Huangqang dağı da daxildir. Çinli tədqiqatçılar bölgədə başqa naməlum heyvanların olduğunu təxmin edirlər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »