Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"JPMorgan Chase": İnvestorlar maliyyə bazarlarında kəskin dəyişikliklərə hazırlaşırlar
"Qlobal maliyyə bazarlarında uzun müddətdir davam edən sakitlik investorlara kəskin dəyişikliklərə hazırlaşmaları barədə siqnal verir".

"Report" "Financial Times"a istinadən xəbər verir ki, bu xəbərdarlığı ABŞ-ın aktivlərinə görə ən böyük bankı olan "JPMorgan Chase"in strategiya üzrə mütəxəssisləri edib.

Bankın Qlobal bazarlarda törəmə maliyyə instrumentləri üzrə araşdırma Departamentinin rəhbəri Marko Kolanoviç bildirib ki, səhm kimi riskli aktivlərin qiyməti bir neçə ildir yüksəlir. Bununla yanaşı onların alqı-satqı həcmlərində azalma yaşanır: "Bu isə real vəziyyəti əks etdirmir".

Kolanoviç Yaponiya və Avropa Mərkəzi banklarının monetar ekspansiyanı sona çatdırmaları və FED-in uçot dərəcəsini artırmağa davam etməsi ilə maliyyə aktivlərindəki yüksək qiymətləri dəstəkləyən amillərin aradan qalxacağını xatırladıb. "JPMorgan Chase" departament müdiri deyib ki, orta müddətdə mərkəzi bankların qərarları maliyyə bazarlarında çalxalanmalara, alqı-satqı əqdlərinin həcmində artıma və risklərin yüksəlməsinə səbəb olacaq.

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »