Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İtə görə təyyarə yerə endi
ABŞ-da "United Airlines" aviaşirkətinə məxsus təyyarə planlaşdırılmamış eniş edib.

Trend xəbər verir ki, buna səbəb hava gəmisinin göyərtəsində itin aşkar edilməsi olub.

Təyyarənin Nyuark-Sent-Luis marşrutu ilə hərəkət etdiyi bildirilir.

Aviaşirkətdən verilən məlumata görə, it təyyarəyə səhvən yerləşdirilib.

Sonradan o Oqayo ştatının Akron şəhərində yaşayan sahiblərinə qaytarılıb.

Təyyarənin bütün sərnişinlərinə təzminat ödəniləcəyi qeyd olunur.

Son xəbərlər
Bütün xəbərlər »