Gürcüstan parlamentinin deputatları məhbuslara kütləvi amnistiya haqqında qanuna üçüncü və sonuncu oxunuşda səs veriblər.
Bizimyol.info xəbər verir ki, Parlamentin iclası qanunverici orqanın saytında yayımlanıb.
Qanunun lehinə 84 deputat səs verib. Sonra o, imzalanmaq üçün ölkə prezidenti Salome Zurabişviliyə gedəcək.
Bundan əvvəl hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası qanun layihəsinin təşəbbüskarı olub ki, ona əsasən, Gürcüstanda bütün məhkumların təxminən üçdə biri ya cəzalarını çəkməkdən tamamilə azad ediləcək, ya da cəzaları yarıya, dörddə biri və ya altıda biri azalacaq. Partiyanın icraçı katibi Mamuka Mdinaradzenin izah etdiyi kimi, amnistiya 6 minə yaxın məhbusu əhatə edəcək. Bunlardan 1 mindən çoxu qanun qüvvəyə mindikdən sonra azadlığa buraxılacaq, qalanlarının cəzası azaldılacaq.
Amnistiya 2024-cü il iyulun 1-dək törədilmiş cinayət əməllərinə görə məhkum edilmiş şəxslərə şamil ediləcək. Bu, qatillərə, narkotik alverçilərinə və təcəvüzdə günahlandırılanlara, eləcə də digər ağır və xüsusilə ağır cinayətlər törətmiş şəxslərə şamil edilməyəcək.
Qadir, Bizimyol.info