Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Salvador Dalini qəbirdən çıxaracaqlar
Madrid Məhkəməsi atalığın müəyyənləşdirilməsi iddiası ilə əlaqədar məşhur rəssam Salvador Dalinin meyitinin qalıqlarının eksqumasiya edilməsi barədə qərar verib.

APA-nın məlumatına görə, bu barədə bu gün EFE agentliyi məlumat yayıb.

Pilar Abel adlı qadın S. Dalinin qızı kimi tanınmasını tələb edib və məhkəmə də atalıqla bağlı bioloji test keçirilməsi üçün belə bir qərar verib.

Qeyd edək ki, S. Dali 1904-cü il mayın 11-də anadan olub, sürrealizm cərəyanının məşhur nümayəndələrindən biridir.  Yüzlərlə rəsm əsəri, kitablar üçün illüstrasiyaların, heykəllərin müəllifi olan rəssam 23 yanvar 1989-cu ildə Kataloniya vilayətinin Fiqeras şəhərində vəfa edib.

Son xəbərlər
Bütün xəbərlər »