Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin: İndi dünyada həqiqi söz azadlığının qorunması xüsusilə vacibdir
Putin: İndi dünyada həqiqi söz azadlığının qorunması xüsusilə vacibdir

Dünya çoxqütblülüyün formalaşmasının çətin dövrünü yaşayır və hazırda söz azadlığının qorunması və informasiyanın etibarlılığı uğrunda mübarizə xüsusi əhəmiyyət kəsb edir.

Bizimyol.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin TASS-ın 120 illiyi münasibətilə keçirilən qala gecəsinin qonaqlarına, o cümlədən BRİKS Media Sammitinin iştirakçılarına videomüraciətində deyib.

“Moskvada öz işinə başlayan BRİKS Media Sammitinin iştirakçılarını salamlamaqdan və onlara səmərəli iş arzulamaqdan şadam. Bu cür beynəlxalq qarşılıqlı fəaliyyət ümumi məqsədlərə xidmət edir. İndi çoxqütblülüyün formalaşmasının mürəkkəb prosesi getdiyi bir vaxtda etibarlı informasiya prinsiplərinin qorunması xüsusilə vacibdir. Müxtəlif fikirləri əks etdirən əsl söz azadlığı bizə kompromislər və dünya problemlərinin həllində ümumi yanaşmalar axtarmağa imkan verir”, - deyə Rusiya prezidenti bildirib.

Putin BRİKS ölkələrinin bütün sahələrdə, o cümlədən informasiya sahəsində əməkdaşlığı möhkəm və ardıcıl şəkildə genişləndirdiyinə və bərabər, həqiqətən ədalətli dünya nizamının dəyərlərini bölüşdüyünə diqqət çəkib. “Və burada təbii ki, cəmiyyətə və vətəndaşlara dünyanın obyektiv və təhrif edilməmiş mənzərəsini təqdim etməyə, mədəniyyətlərin, eləcə də adət-ənənələrin müxtəlifliyini nümayiş etdirməyə çalışan medianın böyük rolu var”, - deyə Rusiya dövlətinin başçısı qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »