İsrailin xarici işlər naziri İsrael Katz Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell-i tənqid edərək, onu antisemit və İsrailə nifrət edən biri adlandırıb.
Bizimyol.info xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Josep Borrell antisemit və İsrailə nifrət edən biridir, davamlı olaraq Aİ-də İsrailə qarşı qətnamələr və sanksiyaları irəli sürməyə çalışır", - deyə o qeyd edib.
Katz bildirib ki, qanuni tənqid və dostlar arasında normal olan siyasi fikir ayrılıqları ilə Borrelin İsrailə qarşı apardığı antisemitizm, nifrətlə dolu kampaniya arasında fərq var.
İsrail Xarici İşlər Nazirliyinin rəhbəri Borrelə müraciət edərək: "Sən və sənin irsin unudulacaq", - deyə yazıb.
Avqustun 29-da Aİ xarici işlər nazirlərinin görüşündə Borrell icma dövlətlərinin diplomatik departamentlərinin rəhbərlərinə Brüsseldə keçirilən görüşdə İsrail hökumətinin iki nazirinə qarşı sanksiyalar tətbiq etməyi təklif edib, lakin bununla bağlı razılaşmanın “hələlik əldə olunmadığını” etiraf edib. Daha sonra Macarıstanın xarici işlər naziri Peter Szijyarto bu təşəbbüsü təhlükəli adlandırıb, İtaliyanın xarici işlər naziri Antonio Tajani isə belə tədbirlərin lazımsız olduğunu bildirib.
Qadir, Bizimyol.info