Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tiflis bəyan edib ki, Gürcüstandan başqa ölkələrin maraqları üçün istifadə olunmasına imkan verməyəcək
Tiflis bəyan edib ki, Gürcüstandan başqa ölkələrin maraqları üçün istifadə olunmasına imkan verməyəcək

Gürcüstan hakimiyyəti Rusiya Federasiyasına qarşı sanksiyalara qoşulmayıb və indi ölkə ondan başqa dövlətlərin maraqları üçün istifadə olunmasına imkan verməyəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze bildirib.

“Biz ölkəmizi müdafiə etdik, maraqlarımızı müdafiə etdik. Ölkə Rusiya Federasiyasına qarşı yalnız gürcü istehsalçılarına və kəndlilərinə zərər verəcək sanksiyalara qoşulmadı, həm də ölkədə ikinci cəbhə açmadı. Biz Gürcüstandan başqa dövlətlərin maraqları üçün istifadə olunmasına imkan verməyəcəyik. Vətənimizi və xalqımızı qoruyacağıq”, - deyə Kaladze Qori şəhərində keçirilən seçki mitinqindən sonra jurnalistlərə bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »