Koreya Xalq Demokratik Respublikası (KXDR) zibillə dolu olduğu güman edilən şarları yenidən Koreya Respublikasına doğru havaya atıb.
Bizimyol.info xəbər verir ki, bu barədə Cənubi Koreya paytaxtının hakimiyyət orqanları kütləvi informasi vasitələri ilə məlumat verib.
"Şimali Koreya növbəti dəfə zibil balonlarını cənuba doğru uçurur", - deyə Seul meriyası əhaliyə xəbərdarlıq etdi. Onlara ərizilərə düşən əşyalarla ehtiyatlı davranmağı, toxunmamağı və uşaqları belə naməlum əşyalardan uzaq tutmağı tövsiyə ediblər.
Sentyabrın 4-dən beş gün dalbadal KXDR zibil balonlarını Cənubi Koreya istiqamətində havaya buraxıb. Cənubi Koreya tərəfinin məlumatına görə, Şimali Koreya sentyabrın 12-nə keçən gecə yenidən hava şarlarını buraxmağa cəhd edib, lakin onlar sərhədi keçməyib.
Bundan əvvəl Pxenyan Cənubi Koreyalı fəalların təbliğat vərəqələrinin atılmasını cavabsız qoymayacağı ilə bağlı xəbərdarlıq etmişdi.
Qadir, Bizimyol.info