Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şolz, nəhayət, “Taurus”un Ukraynaya verilməsi məsələsinə son qoyub
Şolz, nəhayət, “Taurus”un Ukraynaya verilməsi məsələsinə son qoyub

Almaniyanın Ukraynaya uzaqmənzilli “Taurus” raketləri göndərmək planı yoxdur və bu, yekun qərardır.

Bizimyol.info xəbər verir ki, “The Guardian”ın verdiyi məlumata görə, bu barədə Almaniya kansleri Olaf Şolz cümə günü keçirdiyi mətbuat konfransında bildirib.

“Almaniya nə edəcəyimiz və nəyi etməyəcəyimizlə bağlı dəqiq qərar verir. Bu qərar dəyişməyəcək”, - deyə Şolz qeyd edib.

Almaniya çoxsaylı müraciətlərə baxmayaraq, Ukraynaya özünün uzaqmənzilli “Taurus” raketlərini verməkdən dəfələrlə imtina edib. Eyni zamanda, Ukraynaya uzaqmənzilli silahlar təhvil verən ABŞ və Böyük Britaniya Ukraynanın Rusiya ərazisinə zərbələri genişləndirməsinə icazə verilməsi imkanlarını aktiv şəkildə müzakirə edir. Almaniyanın müdafiə naziri Boris Pistorius ABŞ və Böyük Britaniyanın razılaşdıqlarının “onların daxili işi olaraq qaldığını” söyləyib.

Bundan əvvəl Almaniyanın müdafiə naziri Boris Pistorius bildirmişdi ki, o, Ukrayna Silahlı Qüvvələrinin digər tərəfdaşların təqdim etdiyi silahlarla Rusiya Federasiyası ərazisinə zərbə endirməsinin əleyhinə deyil, lakin Berlinin özü “Taurus” raketlərini Ukraynaya ötürməyəcək.

“The Guardian” Britaniya rəsmilərinə istinadən yazır ki, ABŞ və Böyük Britaniya artıq Ukraynaya Rusiya ərazisinə zərbələr endirmək üçün öz silahlarından istifadə etmək qərarına gəliblər, lakin hələlik bunu rəsmən açıqlamaq istəmirlər. Nəşrin yazdığına görə, onlar deyirlər ki, raketlərin yerləşdirilməsi hərtərəfli müharibəyə son qoymağa çalışmaq üçün daha geniş planın bir hissəsi olmalıdır.

Eyni zamanda “The Times” yazır ki, Ukraynanın Rusiyanı Britaniyanın “Storm Shadow” qanadlı raketləri ilə vurmağa icazə veriləcək, lakin Amerikanın "ATACMS" ballistik raketləri ilə yox.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »