ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasının 2024-cü il prezident seçkilərində namizədi Donald Tramp deyib ki, o, Şimali Koreya və İranla bağlı “əksər problemləri” telefon danışıqları və təkbətək danışıqlar yolu ilə həll edə bilər.
Bizimyol.info xəbər verir ki, ABŞ mətbuatında yer alan xəbərlərə görə, Los-Ancelesdə keçirilən mətbuat konfransında Trampa seçiləcəyi təqdirdə ABŞ-ın potensial düşmənlərinə münasibəti ilə bağlı sual verilib.
“Şimali Koreyanın yeni nüvə obyektləri” və “İranın Rusiyaya raket tədarükü” ilə bağlı iddialara toxunan Tramp deyib ki, o, telefon danışıqları və təkbətək danışıqlarla “çox problemləri” həll edə bilər.
ABŞ-ın keçmiş prezidenti" "Telefon zəngləri etməklə bu problemlərin əksəriyyətini həll edə biləcəyəm. Əslində, bəlkə də bir neçə dəfə görüşməyim lazım ola bilər", - deyib.
ABŞ vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrislə həftə içi debatda istifadə etdiyi ifadəni təkrarlayan Tramp Macarıstanın baş naziri Viktor Orbanın ona “hamı Trampdan qorxur” dediyini deyib və əlavə edib: “Çin qorxur, Rusiya qorxur, Şimali Koreya qorxur. O, qorxduğunu söylədi”, - deyib.
Qadir, Bizimyol.info