Avropa ölkələri və ABŞ hava hücumundan müdafiə sahəsində Ukraynaya dəstəyin artırılması imkanlarını müzakirə edirlər.
Bizimyol.info xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk deyib.
“Polşanın maraqları və təhlükəsizliyimiz baxımından Ukrayna mümkün qədər yaxşı təchiz olunmalıdır ki, səmalarını effektiv şəkildə müdafiə edə bilsin, çünki bu, həm də hava məkanımızı qorumaq deməkdir”, - deyə baş nazirin sözlərindən “TVP” kanalı sitat gətirib. Tusk əlavə edib ki, hava hücumundan müdafiə sahəsində Kiyevə dəstək məsələsi ilə bağlı ABŞ dövlət katibi Antoni Blinkenlə əlaqə saxlayıb.
Yazdan bəri Ukrayna Aİ ölkələrinin hava hücumundan müdafiəsini təmin etməkdə iştirak etməyə çalışır, lakin hələlik heç bir nəticə yoxdur. Yalnız Polşa bu təşəbbüsü dəstəkləyib, lakin digər NATO dövlətlərinin razılığı olmadan hərəkət etmək istəmir.
Qadir, Bizimyol.info