Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Meymun çiçəyi peyvəndi üçün ilk təsdiq
Meymun çiçəyi peyvəndi üçün ilk təsdiq

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qlobal ictimai sağlamlıq üçün fövqəladə vəziyyət elan etdiyi "M-poks" virusuna qarşı ilk kvalifikasiya olunmuş peyvəndi təsdiqləyib.

Bizimyol.info Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qlobal ictimai sağlamlıq üçün fövqəladə vəziyyət elan etdiyi, xalq arasında meymun çiçəyi kimi tanınan "M-poks" virusu yayılmaqda davam edir.

ÜST bütün dünyada panikaya səbəb olan "M-poks" virusuna qarşı ilk qabaqcadan təyin edilmiş peyvəndi təsdiqləyib. ÜST MVA-BN peyvəndinin ilkin kvalifikasiya siyahısına əlavə edilən ilk peyvənd olduğunu açıqlayıb. Təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus açıqlamasında: "Meymun çiçəyinə qarşı ilk qabaqcadan hazırlanmış peyvənd həm Afrikadakı mövcud epidemiyaya, həm də gələcəkdə bu xəstəliyə qarşı mübarizəmizdə mühüm addımdır. İnfeksiyaların qarşısını almaq, ötürülməni dayandırmaq və insanların həyatını xilas etmək üçün digər ictimai səhiyyə vasitələri ilə birlikdə ən çox ehtiyac duyulan bu vaksinlərə ədalətli çıxışı təmin etmək üçün satınalma, ianə və paylamanı təcili olaraq genişləndirməliyik", - deyib.

Daha əvvəl soyuqda saxlandıqdan sonra 2 ilə 8 dərəcə arasında 8 həftəyə qədər saxlanıla bilən peyvənd 18 yaşdan yuxarı insanlara 4 həftə ara ilə 2 dozada tətbiq oluna bilər. ÜST peyvəndin tədarükün məhdud olduğu epidemik vəziyyətlərdə birdəfəlik doza kimi istifadə edilməsini tövsiyə etsə də, cari məlumatlara görə, xəstəlikdən əvvəl tətbiq edilən "MVA-BN" peyvəndinin birdəfəlik dozası "M-poks"a qarşı 76 faiz qorunma təmin edir. İki dozadan sonra vaksinin mühafizəsi 82 ​​faizə çatır.

Konqo Demokratik Respublikasında "M-poks" xəstəliyinə yoluxma hallarının artmasından sonra, virus ÜST tərəfindən "beynəlxalq əhəmiyyətli ictimai səhiyyə fövqəladə halı" elan edilib. Epidemiyanın başladığı 2022-ci ildən bəri ən azı 120 ölkədə 103 mindən çox "M-poks" virusu halı təsdiqlənib. Təkcə 2024-cü ildə 25 min 237 şübhəli və təsdiqlənmiş hal aşkar edilib, 14 müxtəlif ölkədə 723 ölüm faktı qeydə alınıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »