Əvvəllər Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) müfəttişləri tərəfindən aşkar edilmiş İranın iki nüvə obyektində uran hissəciklərinin görünməsinə sabotaj əməliyyatı səbəb ola bilər.
Bizimyol.info xəbər verir ki, bu barədə İslam Respublikasının Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Möhsün Nəziri Asl məlumat verib.
“İran bu ərazilərdə uran hissəciklərinin görünməsinin mümkün səbəbləri ilə bağlı izahat verib. İranın hələ də uran hissəciklərinin olması ilə bağlı hər hansı texniki səbəb tapa bilmədiyini nəzərə alsaq, ehtimal ki, təxribat və ya qəsdən törədilmiş hərəkət kimi yad elementlərin bu ərazinin çirklənməsinə səbəb olduğunu güman etmək məntiqlidir”, - deyə o, MAQATE-nin Rəhbərlər Şurasının iclasında bildirib.
Diplomatın çıxışının mətnini "İRNA" agentliyi təqdim edib.
Qadir, Bizimyol.info