Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
London: Britaniyalı diplomatlarının Moskvadan qovulması əsassızdır
London: Britaniyalı diplomatlarının Moskvadan qovulması əsassızdır

"Rusiya hakimiyyətinin casusluq iddiaları fonunda 6 britaniyalı diplomatı Moskvadan qovmaq qərarının heç bir əsası yoxdur".

Bizimyol.info xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

“Bu gün Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşlarımıza qarşı irəli sürdüyü ittihamlar tamamilə əsassızdır. Rusiya hökuməti Rusiya dövlətinin Avropa və Böyük Britaniyadakı fəaliyyətlərinə cavab olaraq Böyük Britaniya hökumətinin atdığı addımlardan sonra keçən ay altı britaniyalı diplomatın Rusiyadakı diplomatik akkreditasiyasını ləğv edib. Biz milli maraqlarımızı müdafiə etdiyimiz üçün üzr istəmək fikrində deyilik”, - deyə "PA"agentliyi nazirliyə istinadən qeyd edib.

Bundan əvvəl “Rossiya-24” telekanalında Rusiya xüsusi xidmət orqanlarının anonim nümayəndəsi bildirmişdi ki, Rusiyada Britaniya casusluğuna dözmək mümkün olmadığı üçün 6 britaniyalı diplomat Rusiya Federasiyasından çıxarılıb. Məlumatda Rusiya Federasiyasında akkreditasiyadan məhrum edilmiş altı Britaniya səfirlik əməkdaşının - üç kişi və üç qadının - Cessika Davenport, Kallum Endryu Daff, Qreys Elvin, Ketrin Makdonnel, Bleyk Patel, Tomas Stivennetin adları çəkilir.

Mayın 8-də Britaniya hökuməti “elan edilməmiş hərbi kəşfiyyat zabiti” olduğu iddia edilən Rusiya hərbi attaşesinin ölkədən çıxarılmasını elan edib. Bundan əlavə, ruslar tərəfindən diplomatik vizaların alınması qaydalarının sərtləşdiriləcəyi və Böyük Britaniyada Rusiyaya məxsus bir neçə daşınmaz əmlakın, o cümlədən ticarət missiyasının binası və hərbi attaşenin ofisindən diplomatik statusun götürüləcəyi açıqlanıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »