Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Göyçay rayon sakinləri arasındakı torpaq mübahisəsinə Əmlak Komitəsindən rəsmi açıqlama - Video
Göyçay rayon sakinləri arasındakı torpaq mübahisəsinə Əmlak Komitəsindən rəsmi açıqlama - Video

Göyçay rayon sakini Tərlan Fərzəliyevin Bizimyol.info xəbər portalına şikayət müraciəti əsasında verdiyimiz sorğuya Əmlak Komitəsinin Mətbuat Xidmətindən açıqlama verilib.

Qurumun açıqlamasını oxucuların diqqətinə çatdırırıq:

"Şəki İnzibati Məhkəməsinin 10.11.2022-ci il tarixli qərarı ilə Fərzəliyev Tərlan Alim oğlunun iddiası təmin edilərək, Göyçay rayonu, Yeniarx kəndi ərazisində yerləşən, ümumi sahəsi 3.68 ha təşkil edən, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin koordinatlarının JN635 və JN636 nömrəli dövlət aktları üzrə məlumatların Torpaqların Elektron Kadastrı Uçotu İnformasiya Sistemində (TEKUİS) qeyd edilmiş koordinatlara uyğunlaşdırılması və üçüncü şəxs Kərimov Nizami Zaman oğlunun mülkiyyətində olan həmin ərazinin TEKUİS baza məlumatlarında JN636 nömrəli Dövlət Aktı üzrə koordinatlarla üst-üstə düşən 0,15 ha hissəsində mülkiyyət hüququnun ləğv edilməsi öhdəliyi qoyulmuşdur.

Müvafiq məhkəmə qərarı icra edilməsi üçün “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə göndərilmişdir. Lakin Fərzəliyev Tərlan Alim oğlunun məhkəmə qərarında əksini tapmış torpaq sahəsinə deyil, məhkəmə qərarında göstərilməyən və digər ərazidə yerləşən torpaq sahəsinə iddia etməsi səbəbindən qərarın icrasında çətinlik yaranmışdır.

Bununla yanaşı, məhkəmənin qanuni qüvvəyə minmiş qətnamə və qərarlarının icrasının məcburiliyi barədə Mülki Prosessual Məcəllənin 15.2-ci maddəsinin tələbləri rəhbər tutularaq, sözügedən məhkəmə qərarı icra edilmiş, Fərzəliyev Tərlan Alim oğluna məxsus torpaq sahəsinə dair texniki sənədlər yenilənərək bu barədə vətəndaşa rəsmi məlumat verilmişdir. Qeyd edək ki, əvvəllər kağız daşıyıcıda verilən texniki pasport və torpaq sahələrinə dair plan-ölçü sənədləri 1 fevral 2024-cü il tarixindən etibarən elektron qaydada təqdim olunur".

Bizimyol.info xəbər portalı şikayətçi vətəndaş Tərlan Fərzəliyevin çəkib redaksiyamıza göndərdiyi videonu təqdim edir:

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »