Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiya-Ukrayna müharibəsinin bitməsi üçün Türkiyə ilə birgə çox ölkə vasitəçilik etsə də, nəticə yoxdur"
"Rusiya-Ukrayna müharibəsinin bitməsi üçün Türkiyə ilə birgə çox ölkə vasitəçilik etsə də, nəticə yoxdur"

Rusiyanın tərkibində olan bütün subyektlər Ukrayna ilə bağlı danışıqların predmeti deyil. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. "Rusiya bölgələri Rusiya Federasiyasının ərazisidir - Konstitusiyamızı oxuyun - və heç biri danışıqların predmeti deyil" deyə Mariya Zaxarova bildirib. Xatırladaq ki, bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Krımın Ukraynaya qaytarılmasının beynəlxalq hüququn tələbi olduğunu bildirmişdi. Mariya Zaxarova qeyd edib ki, Rusiya Federasiyası Türkiyənin müxtəlif nümayəndələrindən oxşar bəyanatlar eşidir. “Bütün bu illər ərzində biz öz mövqeyimizi rəsmi kanallar vasitəsilə Türkiyə tərəfinə çatdırmışıq, onlar da bundan xəbərdardırlar”, - diplomat bildirib.

Politoloq Elşad Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, son dövrlər Türkiyənin Ukraynaya hərbi dəstəyi, yəni onlara “Bayraktar” verməsi və Ukraynanın özündə “Bayraktar” istehsal edilməsi, Rusiya siyasi dairələrində ciddi tənqid olunur. Ancaq Rusiya-Ukrayna müharibəsində əsas vasitəçiliyi xüsusilə, taxılın xaricə daşınmasını Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həyata keçirdi. Politoloqun sözlərinə görə, bu yöndə Makron nə qədər çalışsa da heç nə əldə edə bilmədi. Ancaq Ərdoğan bu məsələni Putin və Zelenski ilə razılaşdırdı. Hətta həmin vaxt 2022-ci ildə “The Hild” nəşri Ərdoğanın bu hərəkətinə görə, Nobel mükafatına layiq olduğunu bildirdi. Sonrakı dövrdə də sülh müqavilələrinin aparılmasında da Ankara ev sahibliyi etdi. Dəfələrlə bu məsələni qaldırdılar. Ancaq son dönəmdə son dövrlərdə artıq bu məsələ səngiyib, sakitləşib. Ərdoğan da ciddi aktivlik göstərmir.

Politoloq Elşad Həsənov Elşad Həsənov

Politoloq bildirib ki, Krım Ukraynanın tərkibində olub. SSRİ dağılanda Kırım Ukraynanın tərkibində idi. Azərbaycan da 1991-ci ildə Alma-Ata bəyannaməsinə istinad edərək Ukraynanın ərazi bütövlüyünü tanıyır. Azərbaycan prezidenti dəfələrlə bəyan edib.

“Azərbaycan prezidenti İtaliyada işgüzar səfərdə olarkən bildirdi ki, “biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. Bununla yanaşı, Rusiya ilə olan münasibətlərimizi də saxlayırıq. Rusiyaya qarşı aparılan sanksiyalara da qoşulmamışıq. Biz öz obyektiv fikrimizi bildirmişik və onu da qoruyuruq. Baxmayaraq ki, Rusiya-Ukrayna müharibəsi davam edir, biz Ukraynaya humanitar yardımlarımızı göndəririk. Biz hərbi silahlar deyil, ancaq humanitar yardımlar göndəririk. Ukraynanın ərazi bütövlüyünü təmin etməsinin vacib olduğunu bildiririk”.

Türkiyənin hakimiyyətə yaxın olan sayılan politoloqu Özdəmir bildirdi ki, Rusiya-Ukrayna müharibəsinin dayandırılması və atəşkəsin əldə olunması ilə bağlı, sülh müqaviləsinin bağlanması üçün Azərbaycan vasitəçi ola bilər. Azərbaycan prezidenti böyük nüfuza sahib olduğu üçün də bu işləri apara bilər. Azərbaycan prezidenti də bu haqda dəfələrlə bildirib ki, ancaq bu sahədə vasitəçilik edə bilər. Çünki həm Rusiya prezidenti Azərbaycan prezidenti ilə hesablaşır, onunla normal münasibətləri var. Eyni zamanda Ukrayna prezidenti də Azərbaycan prezidentinə münasibəti normaldır. Ona görə də, Azərbaycan da Rusiya-Ukrayna arasında sülh müqaviləsinin bağlanması üçün vasitəçi ola bilər”-deyə Elşad Həsənov bildirib.

Politoloq hesab edir ki, son dövrlər Türkiyənin, Rəcəp Tayyib Ərdoğanın bu sahədə fəaliyyəti nisbətən azalıb: “Bu günlərdə Almaniyanın kansleri Olaf Şoltz bildirib ki, “mən Putinlə danışacam, müharibənin dayandırılması və sülh müqaviləsinin bağlanması üçün Almaniya vasitəçi ola bilər. Hətta Avstriyanın kansleri bildirdi ki, “sülh müqaviləsinin bağlanmasına biz də yardımçı ola bilərik”. Yəni Türkiyənin vasitəçi rolu son dövrlər görünmür. Ancaq müharibənin də tezliklə bitəcəyi də görünmür. Çünki artıq ABŞ-ın Ukraynaya Rusiyanın hərbi obyektlərə zərbə vurmasına da, icazə verdiyi də bildirilir”.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »