Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Məzhəb ayrı-seçkiliyi edən və müsəlmanı müsəlmana qırdıran İslam dünyasına liderlik edə bilməz"
"Məzhəb ayrı-seçkiliyi edən və müsəlmanı müsəlmana qırdıran İslam dünyasına liderlik edə bilməz"

İran Prezidenti Məsud Pezeşkian Avropa İttifaqı ölkələrindən nümunə götürərək, İslam ölkələri arasında sərhədlərin ləğvini təklif edib. Bu barədə "Tashim News Agency" məlumat yayıb. Pezeşkian bu fikri Bağdada rəsmi səfəri zamanı irəli sürüb. İran prezidenti vurğulayıb ki, İran və İraq arasında uzunmüddətli dostluq tarixi var və bu dostluq gələcək islam dövlətləri birliyinin əsasını təşkil edə bilər. Pezeşkianın sözlərinə görə, ölkələrin birləşməsi xarici sanksiyaları zərərsizləşdirəcək və həmçinin "sionist terrorizmi" ilə mübarizəyə kömək edəcək. Bundan əlavə, siyasi, iqtisadi, sosial və mədəni əlaqələri gücləndirəcək.

Görünən odur ki, Türk Dövlətləri Təşkilatı və təşkilatın dəstəyilə Türk Dünyası üçün yeni əlifbanın yaradılması cənub qonşumuzda qısqanclıq hissi yaradıb.

Güneyli fəal, siyasi şərhçi Mehsa Mehdili Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İslam Birliyi Təşkilatı var və bu təşkilat fəaliyyəti olmayan bir təşkilatdır. Yəni güclü təsirə malik bir təşkilat deyil.

Güneyli fəal, siyasi şərhçi Mehsa Mehdili Mehsa Mehdili

“Məsələ bundan ibarətdir ki, İranın İslam dünyasında liderlik iddiası var. Unutmayaq ki, İran radikal şiəliyin öncüsüdür. Ancaq, bu iddianı etdiyi halda cəmiyyətindəki yüksək bir nüfuza sahib olan sünniləri və ya İslamın başqa məzhəblərini, yəni qeyri-şiə müsəlmanların hardasa cəhənnəmidir və onların heç bir haqqını rəsmiyyətdə tanımır. Bu səbəbdən də, qeyri-şiələri insan olaraq görməyən belə bir ölkə, belə bir sistem necə İslam dünyasının birliyindən və ya liderliyindən danışa bilər? Bu sistem qeyri-şiə müsəlmanları minumum haqlarından məhrum buraxan bir sistemdir”-deyə şərhçi bildirib.

Mehsa Mehdili qeyd edib ki, xarici siyasətinə baxdığımız zaman İran İslam dünyasında şiə-sünni müharibələrinin başında olan bir ölkədir. Bu səbəbdən də, siyasətlərində hər zaman radikal şiəlikdən istifadə edərək, özünə vəkalət qrupları, silahlı vəkil qrupları yaradaraq, onların üzərindən şiə-sünni müharibələri aparıb.

“Yeri gəldiyində şiə-sünni müharibəsi aparan, müsəlmanı müsəlmana qırdıran ölkələrin başında gedib. Ehtiyac duyulanda HƏMAS kimi sünniləri də dəstəkliyib. Siyasətlərini bu istiqamətdə, öz çıxarları necə əl verirsə, o şəkildə idarə etməyə çalışıblar. Proksi qüvvələri vasitəsilə tək qüvvə olmaq istəyiblər. İstər Suriyada, istər Livanda, istər Fələstində, istər İraqda, istər Yəməndə proksi qüvvələri vasitəsilə və islamı istifadə edərək bu işi görüblər”-deyən Mehsa Mehdili qeyd edib ki, İranın şiə-sünni müharibələri apardığı üçün, müsəlmanı müsəlmana öldürtdürdüyü üçün və öz dövlət çıxarları üçün, yeri gəldiyində İslamı da istifadə etdiyi üçün İslam dünyasında bir üstünlüyü yoxdur.

Mehsa Mehdili deyir ki, İrandan soruşmaq lazımdır ki, salar ki, sən həqiqətən bir İslam dünyasındasansa və ya belə bir işin başlanğıcı olmaq istəyirsənsə, əgər bu qədər səmimisənsə, niyə illərlə müsəlman qatili olan, müsəlman torpağını işğal edən Ermənistana hər dəstəyi verdin?

“Çin bu qədər uyğur türklərinə əziyyət verir, İraın bu məsələdə müsəlmançılığı haradadır? İslamçılıq iddiasında olan və İslam dünyasının başını çəkmək istiyən öz nüfuzunda yaşayan, öz xalqları arasında yaşayan sünnilərə, ələvilərə, başqa qeyri-şiə dini qruplara niyə bu qədər əziyyət verir və onların heç bir varlığını rəsmiyyətdə tanımır?”-deyən Mehsa Mehdili bildirib ki, İran öz dövlət çıxarları üçün yeni yollar tapmağa çalışır.

“Bu yeni yollar tapmağa çalışmanın bir tərəfi də İraqdan başlayır. Orada proksi qüvvələrini gücləndirməyə çalışır və orda yeni bir hərbi baza açır”-deyə Mehsa Mehdili əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »