Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Borrell “arzuolunmaz şəxs olduğu” üçün İsrailə səfərini ləğv edib
Borrell “arzuolunmaz şəxs olduğu” üçün İsrailə səfərini ləğv edib

Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrelin regional turu çərçivəsində İsrailə səfərini ləğv etdiyi bildirilib.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, İsrailin "Yediot Ahranot" qəzetinin verdiyi məlumata görə, İsrailin Qəzzaya hücumlarını müzakirə etmək üçün Misir və Livanın paytaxtı Beyrutu əhatə edən regional turneyə çıxan Borrell İsrail səfərini ləğv edib.

Bildirilib ki, Borrelin İsrailə səfəri sentyabrın 14-15-nə planlaşdırılıb, lakin Təl-Əviv administrasiyası səfərin oktyabrın sonuna, yəni Aİ nümayəndəsinin səlahiyyət müddətinin başa çatacağı vaxta qədər təxirə salınmasını istəyib.

Borrelin İsrailin AB səfiri Haim Regevə İsrail xarici işlər naziri Yisrael Katzın “bu səfəri istəmədiyi üçün” proqramını ləğv etdiyini cavablandırdığı da paylaşılıb.

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell, İsrailin Qəzzaya hücumları, işğal altındakı İordan çayının qərb sahilindəki işğalçılıq siyasətləri və fələstinlilərə qarşı zorakılıqlarını tənqid etdiyi üçün İsrail hökumətinin və xüsusilə də xarici işlər naziri Katzın mənfi reaksiyasına səbəb olmuşdu.

Borrel İsrail hökumətindəki ifrat sağçı fiqurları fələstinlilərə qarşı nifrət nitqindən istifadə etməkdə ittiham edib; Aİ-nin milli təhlükəsizlik naziri İtamar Ben Qvir və maliyyə naziri Bezalel Smotriçə qarşı sanksiyalar tətbiq etmək tələbi Təl-Əvivi qəzəbləndirib.

Qeyd edək ki, daha əvvəl AB Ali Nümayəndəsi İsraili Qəzzaya hücumlarında humanitar yardımın çatdırılmasının qarşısını alaraq aclıqdan silah kimi istifadə etməkdə ittiham edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »