Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Amerikalı seçicilər arasında Trampa dəstək səviyyəsi 1 faiz artıb
Amerikalı seçicilər arasında Trampa dəstək səviyyəsi 1 faiz artıb

ABŞ-ın keçmiş lideri və Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampa ölkədə ən yüksək dövlət vəzifəsi uğrunda mübarizədə dəstək səviyyəsi 1 faiz artıb.

Bizimyol.info xəbər verir ki, Amerikanın “Rasmussen Reports” tədqiqat təşkilatının keçirdiyi sorğunun nəticələri sübut edir.

Verilən məlumatına görə, respondentlərin 49%-i noyabrda keçiriləcək prezident seçkilərində Trampı dəstəkləməyə hazırdır, 47%-i isə ABŞ-ın vitse-prezidenti Kamala Harrisə üstünlük verir. Eyni zamanda respondentlərin 1%-i başqa namizədə səs verəcəklərini bildiriblər. Sorğu iştirakçılarının daha 2%-i cavabda qərarsız qalıb.

Sorğu 5 və 8-11 sentyabr tarixlərində onlayn və telefon vasitəsilə aparılıb. Orada 2,4 minə yaxın potensial amerikalı seçici iştirak edib. "Rasmussen Reports"un 25-28 avqust tarixləri arasında keçirdiyi sorğuya görə, Trampı 48%, Harrisi isə 46% dəstəkləyib.

Ölkədə prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Demokratlar Partiyasını ABŞ-ın hazırkı lideri Co Baydenin təmsil edəcəyi güman edilirdi. Lakin Respublikaçılar Partiyasının namizədi olan Trampla iyun debatındakı fəlakətli çıxışından sonra ABŞ prezidenti yarışdan çəkilmək qərarına gəlib və Çikaqoda davam edən Demokrat Partiyasının qurultayında nümayəndələr tərəfindən rəsmi olaraq namizəd kimi təsdiq edilmiş Harrisin namizədliyini dəstəklədiyini elan edib.

Qadir, Bizimyol.info

Son xəbərlər