Avstraliyanın baş naziri Entoni Albanese uşaqlar üçün sosial medianı qadağan edəcəklərini açıqlayıb.
Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, "ABC News Australia"nın məlumatına görə, Albanese sosial media platformalarına girişlə bağlı açıqlama verib.
Albanese ilin sonuna qədər sosial media platformalarına yaş məhdudiyyəti tətbiq etmək üçün qanun layihəsi təqdim etməyi planlaşdırdıqlarını və qanunun tətbiq ediləcəyi yaş qrupu ilə bağlı məsləhətləşmələrin davam etdiyini bildirib.
Sosial medianın uşaqları real həyatdan, onların ailələrindən və dostlarından uzaqlaşdırdığını bildirən Albanese valideynlərin bu məsələdən narahat olduğunu vurğulayıb.
Uzun müddətdir Avstraliyanın gündəmini zəbt edən sosial media qadağası da müzakirələrə səbəb olub.
Bir çox insan qadağanı dəstəkləsə də, bəziləri insanların çoxunun gündəlik həyatının bir parçasına çevrilən sosial mediadan uzaqlaşdırılan uşaqların gizli bir sosial media hesabı açıb onu gizlədəcəklərini və bir problemlə qarşılaşdıqları təqdirdə kömək istəməyəcəklərini düşünürlər.
Avstraliyanın Cənubi Avstraliya əyaləti dünən 14 yaşından kiçik uşaqlara sosial media qadağası qoymağa hazırlaşdığını açıqlayıb.
Qadir, Bizimyol.info