Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Konsert zonasına ildırım düşüb: 9 nəfər xəsarət alıb
Konsert zonasına ildırım düşüb: 9 nəfər xəsarət alıb

Yaponiyanın Toçiqi prefekturasında konsert məkanını ildırım vurması nəticəsində 9 nəfər xəsarət alıb. Hadisədən sonra konsertin ehtiyat tədbiri olaraq ləğv edildiyi bildirilib.

Bizimyol.info xəbər verir ki, Yaponiyanın Toçiqi əyalətinin Mooka şəhərində fəlakət baş verməsinin qarşısı alınıb. Dünən bölgədə yağan şiddətli yağışa baxmayaraq təşkil edilən konsert zamanı hadisə yerinə ildırım çaxıb.

Yerli hakimiyyət orqanları 12 min nəfərin iştirak etdiyi tədbirdə təmizlikçi işləyən 9 nəfərin bədənlərində yanma, uyuşma kimi şikayətlərlə xəstəxanalara yerləşdirildiyini, işçilərin həyati təhlükəsinin olmadığını açıqlayıb.

Yerli vaxtla saat 16.20 radələrində baş verən hadisədən sonra tədbirin təhlükəsizliyin təmin edilməsi məqsədi ilə ləğv edildiyi bildirilib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »